Icma.az
close
up
RU
İrəvanda köhnə oyunçuların yeni oyunu

İrəvanda köhnə oyunçuların yeni oyunu

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ klanı”nın son günlər Ermənistanda yenidən fəallaşması revanşist müxalifətin Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirməsi ilə müşayiət olunur. 

“Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”. Keçmiş qondarma rejimin “müdafiə naziri”, hazırda Ermənistan parlamentinin deputatı Seyran Ohanyan belə deyib. Uydurma rejimin nümayəndələrindən ibarət bir qrup etirazçı ilə görüşən Ohanyan erməni separatizminin bərpasına çağıran şovinist açıqlamalar verib. 

“Hər bir erməni üçün Qarabağın taleyi böyük əhəmiyyət kəsb edir. Sosial problemlərlə yanaşı, gələcək tale baxımından ciddi işin aparılması lazımdır. Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”, -deyə Ohanyan qeyd edib.

Xocalı soyqırımının təşkilatçısı Ohanyan 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarına görə Azərbaycanı “soyqırımı”  törətməkdə ittiham edib. 

““Qarabağ xalqı”nın subyektivliyini, “Qarabağ xalqı”nın statusunu qorumaq, kollektiv və təhlükəsiz qayıdışını təmin etmək lazımdır. Ermənistan hakimiyyətinin bu məsələdə davranışı çox təhlükəlidir. ATƏT-in Minsk Qrupunun mövcud formatında danışıqlar prosesi davam etməlidir. Çox mürəkkəb proses gözlənilir, lakin davam etməlidir”, - deyə Ohanyan vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyası Ermənistan hökuməti tərəfindən dayandırılmış aylıq 50 min dram  sosial yardımın bərpası tələbi ilə bağlıdır. 

Seyran Ohanyanın daim revanşist baxışları ilə seçilsə də, məhz etirazçıların yanına gedərək bu fikirləri səsləndirməsi bir qədər fərqli siyasi mesajları özündə əks etdirir. Yəni Ohanyan radikal müxalifətin mövqeyini açıqlayıb. Onun bu mövqeyi daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablanıb. Ohanyan qarşıdan gələn seçkilərdə eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi revanşist müxalifətin siyasi platformasının tezislərini elan edib. 

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi kilsə etirazlarının iflasa uğramasından sonra Robert Köçəryanın yenidən siyasi təşəbbüsü ələ almaq niyyətini görmək olar. 2026-cı ildə sabiq prezident Serj Sarkisyanın seçkilərə qatılmaq ehtimalı azdır. Əvvəla, Sarkisyanın Köçəryanla siyasi ədavəti olduğundan, onların vahid siyasi blok yaratması qeyri-mümkündür. Digər tərəfdən, Serj Sarkisyanın bu yaxınlarda nəvələri ilə parkda fotoşəkil çəkdirib paylaşması onun siyasətdən getməsi və seçkilərdə yerini daha cavan bir liderə verməsi mesajı kimi başa düşülə bilər. Ancaq Köçəryan üçün bütün revanşist müxalifəti öz ətrafında toparlamaq heç də asan görünmür. 

Son rəy sorğularına görə, sabiq prezidentin siyasi reytindi 2 faizdən də aşağıdır. Ohanyanın şovinist çıxışları revanşist qüvvələrin seçki prosesində Qarabağ “kartı”ndan istifadə etməyə üstünlük verəcəyini göstərir. Lakin müxalifətin vədləri siyasi baxımdan tamamilə qeyri-realdır. Çünki artıq Qarabağ münaqişəsi olmadığına görə, Qarabağ “kartı” da yoxdur. 

Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilər üzərində Azərbaycanın suveren hüquqlarını tanıyıb və postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını qəbul edib. Ona görə də Ohanyanın fikirləri daha çox siyasi populizmdir. Revanşist müxalifət seçki kampaniyasında Baş nazir Nikol Paşinyanı müharibədə məğlub olduğuna görə növbəti dəfə satqınlıqda ittiham etməyə hazırlaşır. Paşinyan isə məğlubiyyətin və xəyanətin bünövrəsinin özündən əvvəlki üç prezident tərəfindən qoyulduğunu iddia edir. Bu mənada seçki prosesində hər iki tərəfin sarsıdıcı məğlubiyyətə görə siyasi məsuliyyəti bir-birinin üzərinə atmağa çalışacağı aydındır. 

Ohanyan da daxil olmaqla radikallar ermənilərdə hakimiyyətə gələcəkləri təqdirdə Qarabağa qayıtacaqlarına və bununla da sanki işğal dövrünün status-kvosunu bərpa edəcəklərinə dair ümid yaradırlar. Ohanyanın guya ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirmək barədə utopik çağırışları da buna hesablanıb. Halbuki, keçmişi geri qaytarmaq zaman baxımından heç cür mümkün deyil.

Belə bir cəhd Ermənistanın 44 günlük müharibədən daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara bilər. Çünki Azərbaycan hərbi cəhətdən 2020-ci illə müqayisədə bir neçə dəfə güclənib. Eyni zamanda, həm bölgədə geosiyasi balans, həm də beynəlxalq siyasi şərait  Azərbaycanın xeyrinə dəyişib.   

Müşfiq Abdulla
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri