Icma.az
close
up
RU
İrəvanda “parlament” uğrunda savaş kəskinləşir

İrəvanda “parlament” uğrunda savaş kəskinləşir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Revanşistləri gələn il “Vaqarşapat sindromu” gözləyir

Hazırda Ermənistanda siyasi qüvvələrin əsas diqqəti 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri üzərində cəmləşib. Həm iqtidar, həm də müxalifət bu seçkilərə həlledici siyasi hadisə kimi yanaşır və prosesə ciddi hazırlaşır.

Obrazlı ifadə edəsi olsaq, gələnilki seçkilərlə bağlı “ölüm-dirim mübarizəsi” ifadəsini işlətmək yerinə düşər. Bu da təsadüfi deyil. Çünki bu, 2018-ci ildə siyasi səhnədən süpürülərək tarixin zibilliyinə atılan radikal revanşist müxalifətin yenidən toparlanaraq, necə deyərlər, son gücünü toplayaraq rəqibinə qalib gəlmək üçün sonuncu şansıdır. Əgər onlar bu seçkiləri də uduzsalar, o zaman yaxın və uzaq perspektivdə heç nəyə ümid edə bilməyəcəklər.

İqtidar isə seçkilərə ona görə müstəsna əhəmiyyət verir ki, hakimiyyəti əldə saxlamaq onlar üçün həm də, necə deyərlər, azadlıqda qalmaq vasitəsidir. Sirr deyil ki, müxalifət 2018-ci ildən etibarən Ermənistanın yaşadığı bütün uğursuzluqlara görə hazırkı iqtidarı təqsirkar bilir. Onların fikrincə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyət, 2023-cü ildə antiterror əməliyyatı Paşinyanın yol verdiyi siyasi səhvlərin nəticəsidir. Elə bu yaxınlarda ölkənin üçüncü prezidenti Serj Sarkisyan “İmnemnimi” podkastına verdiyi müsahibədə müharibənin başlanmasının əsas səbəbi kimi Paşinyanın Azərbaycanla aparılan danışıqlar prosesini pozmasını göstərmişdi. Müxalifət Paşinyandan və onun komandasının əsas üzvlərindən ilk növbədə müharibədəki məğlubiyyətə görə cavab vermələrini tələb edəcək. Təbii ki, məhkəmə müstəvisində.

Digər tərəfdən ötən 7 ildə müxalifət nümayəndələrinin bir çoxu həbsə atılıb. O cümlədən ikinci və üçüncü prezidentlər cinayət təqibinə məruz qalıblar. Hətta Robert Koçaryan bir müddət məhbəs həyatı yaşayıb. Müxalifət iddia edir ki, hazırda parlament üzvləri, müxalifət liderləri, iş adamı Samvel Karapetyan, Gümrü meri Vardan Qukasyan və onun oğlu Spartak, Erməni Apostol Kilsəsinin iki yüksək vəzifəli nümayəndəsi – Baqrat Qalstanyan və Mikael Acapaxyan da daxil olmaqla təxminən 20 nəfər törətdikləri sübut olunmuş cinayətə görə deyil, hökumətin siyasəti ilə razılaşmadıqlarına görə həbsdə saxlanılır. Hakimiyyət dəyişikliyi baş verərsə, həbsxanada və azadlıqda olanların yerlərinin dəyişəcəyi qaçılmaz olacaq.

İqtidar seçkilərə Azərbaycanla sülh gündəmini irəli aparmaq vasitəsi kimi yanaşır. Paşinyan bir neçə ay əvvəl qeyd etmişdi ki, erməni xalqı seçki zamanı sülh və yeni müharibə arasında seçim etməlidir. Bir neçə gün öncə isə Nikol deyib ki, 2026-cı il seçkilərində xalqının sülhün tərəfdarı olmasını gözləyir. O, Ermənistanın gələnilki dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib ki, 2026-cı il sülh üçün həlledici il olacaq, çünki növbəti parlament seçkiləri iyunda keçiriləcək: “Və bu seçkilərdə əsas sual var ki, ona cavab verilməlidir. Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır. Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir”.

Noyabrın 22-də isə Paşinyan bildirib ki, Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Referendum parlament seçkilərindən sonra təşkil olunacaq. Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı Nikol bildirib ki, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.

Yeri gəlmişkən, qeyd edək ki, bu yaxınlarda Vaqarşapatda (kilsənin dini mərkəzi olan Eçmiədzin) keçirilən yerli seçkilərdə hakim “Mülki müqavilə” partiyasının nümayəndəsi Arqişti Mexakyanı qalib gəlib. Paşinyan bu fikirdədir ki, Vaqarşapat sakinləri etdikləri seçim Eçmiədzinin Ktriç Nersisyandan (katolikos II Qaregin) azad olunması prosesinə mühüm təkan veriblər. Bundan əlavə, Nikol “Mülki müqavilə” üzvlərini və Ermənistan Respublikasının bütün vətəndaşlarını “2026-cı il ümumxalq seçkilərinin möhtəşəm başlanğıcı” münasibətilə təbrik edib.

***

Ermənistan mediası da gələnilki seçkilərə xüsusi diqqət ayırır. Ölkənin əsasən analitik məqalələr üzrə ixtisaslaşmış və obyektivliyi ilə seçilən “ArmenianReport” saytı “Paşinyan və sabiqlər həlledici döyüşə hazırlaşırlar” sərlövhəli məqalə dərc edib. Məqalədə bildirilib ki, bugünkü Ermənistanda səslər uğrunda ölüm-dirim mübarizəsi gedir: “Bir neçə gündür ki, müxalifət qüvvələri Vaqarşapat Ağsaqqallar Şurası seçkilərində niyə uduzduqlarını anlamağa çalışırlar. Hakim partiyanın əleyhdarları çaşqınlıqla cavab axtarırlar: bu nə idi? Təsadüf? Uğursuzluq? Əgər 2026-cı il parlament seçkilərində də eyni qaydada uduzsalar necə olar? Bəlkə də onlar bazarlığa çıxıb özlərini hakimiyyətə daha yüksək qiymətə satmalıdırlar? Bu yaxınlarda Vaqarşapatda baş verənlər haqqında yazmışdıq, amma müxalifət mətbuatı bu barədə danışmağa çalışdığı üçün mövzuya yenidən baxmaq qərarına gəldik”.

Qeyd edilib ki, ilk növbədə “seçki saxtakarlığı” ilə bağlı bütün eyhamların sərt reallıqla puç olmasından başlamaq lazımdır: “Hakimiyyətin heç nəyi saxtalaşdırmağa ehtiyacı yox idi, çünki müxalifət əvvəldən əlverişsiz vəziyyətdə idi. Əvvəla, müxalifətin parçalanması və aydın siyasi iradə və proqramın olmaması “Mülki müqavilə”nin əlinə işlədi. Razılaşın ki, hakimiyyəti yalnız sərt tənqid edənlərə, konkret bir şey təklif etməyənlərə az adam səs verər”.

Bildirilib ki, hökumətin öyünəcək çox şeyi var: “İstədiyimiz qədər tez olmasa da, Vaqarşapatda həyat səviyyəsi durmadan yaxşılaşır. Sosial infrastruktur yenilənir, insanların məişət şəraiti yaxşılaşır və Qarabağdan gələnlərin problemləri həll olunur. Struktur və konseptual dəyişikliklər sayəsində iqtisadiyyat böyüyür, müəssisələrə təzyiq göstərilmir və xidmət sektoru davamlı artım yaşayır. Bütün bunlar aydın görünür. Hər birimiz bu müsbət dəyişiklikləri birbaşa hiss edirik”.

Məqalədə qeyd edilir ki, bu gün demək olar bütün siyasi qüvvələr həlledici döyüşlərinə – 2026-cı il parlament seçkilərinə hazırlaşırlar: “Bəli, qarşı tərəfdəkilər hökumətə meydan oxuya biləcəklərinə inanaraq cəsarətli görünüş nümayiş etdirirlər. Lakin yenə də müxalifətin parçalanması səbəbindən son nəticəyə o qədər də əmin olmazdıq. Onlar səylərini birləşdirə, öz düşərgələrindən Paşinyanın rəqiblərinə rəhbərlik edəcək əsas fiquru namizəd göstərə bilmirlər. Məlum olduğu kimi, bu rol uğrunda hər kəs mübarizə aparır”.

Əsas pərdəarxası mübarizənin isə, əlbəttə, Koçaryan, Sarkisyan və Karapetyan arasında getdiyi bildirilir: “Onların heç biri təslim olmaq niyyətində deyil – hər biri yorğanı öz üzərinə çəkir. Gələn ilin yayınadək heç bir konsolidasiya əlaməti yoxdur. Bu o deməkdir ki, hamısı seçki məntəqələrinə qu quşu, xərçəng və durnabalığı kimi gedəcək və səsləri səpələyəcək. “Mülki müqavilə” partiyası bunu yaxşı bilir və buna görə də xüsusilə narahat deyil. Üstəlik, hökumət istehza ilə bəzi müxalifət qüvvələri ilə açıq şəkildə sövdələşmə aparır – şanslarını ayıq qiymətləndirənlər növbəti çağırış Milli Assambleyada mandatlar müqabilində, az da olsa, elektoral resurslarını təklif edərək sövdələşməyə razılaşırlar”.

“ArmenianReport”ın təqdim etdiyi mənzərə Ermənistanda 2026-cı il parlament seçkilərinə gedən yolun nə qədər gərgin və çoxqatlı olduğunu göstərir. Vaqarşapatda baş verən son seçki fiaskosu əslində, müxalifətin struktur zəifliklərinin lokal yox, sistemli xarakter daşıdığını üzə çıxardı. Hakimiyyətin heç bir saxtakarlığa ehtiyac duymaması barədə vurğular isə Ermənistanda seçki prosesinin mahiyyətini iki məqamla izah edir: birincisi, müxalifətin ciddi ideoloji xəttdən və vahid liderdən məhrum olması, ikincisi isə Paşinyanın sosial-iqtisadi sahədə müəyyən sabitlik görüntüsü yarada bilməsidir.

Hakim komanda çox yaxşı anlayır ki, real rəqib yalnız güclü təşkilatlanmış və konsolidasiya olunmuş müxalifət ola bilər. Bu isə indiki şəraitdə əlçatmaz görünür. Koçaryan, Sarkisyan və Karapetyan arasında gedən pərdəarxası çəkişmə təkcə şəxsi ambisiyalar deyil, həm də Ermənistanın siyasi sistemində dərin parçalanmanın təzahürüdür. Bu üçlük eyni düşərgədə olsa da, heç biri o birini lider kimi qəbul etmir. Nəticədə müxalifət elektoratının səsləri əvvəldən parçalanır və “Mülki müqavilə” üçün təhlükə kəskin azalır.

Eyni zamanda, iddia edildiyi kimi hökumətin bəzi müxalif qüvvələrlə açıq şəkildə “mandat bazarlığına” getməsi seçki texnologiyası baxımından çox incə hesablanmış addımdır. Bu həm müxalif cəbhəni zəiflədir, həm də Paşinyanın parlament çoxluğunu təmin edən siyasi zonanı genişləndirir. Beləliklə, 2026-cı seçkiləri Ermənistan üçün sadə siyasi yarış deyil, ölkənin gələcək güc bölgüsünü müəyyən edəcək həlledici döyüş olacaq. Lakin indiki mənzərə Paşinyanın bu döyüşdə rəqiblərindən daha sistemli, daha hazır və daha parçalanmamış göründüyünü göstərir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri