Icma.az
close
up
RU
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq...

İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. 

Bununla bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Yalnız Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasınbın sədri Andranik Köçəryan ölkə üçün zəruri olan aktual məsələlərin müzakirtə olunduğunu deməklə kifayətlənib. 

Lakin Təhlükəsizlik Şurasının iclası ilə bağlı diqqəti çəkən mühüm məqamlardan biri müdafiə naziri Suren Papikyanın müzakirələrdə iştirakı və bundan sonra verdiyi açıqlamalar olub.  

Suren Papikyan jurnalistlərə açıqlamasında son illər Ermənistan ərazilərinin Azərbaycanın nəzarəti altına keçdiyini və Ermənistanın suveren ərazilərini bərpa etməyin mümkün olduğunu deyib. Qeyd edək ki, rəsmi İrəvan 2021-ci ilin may ayından sonra və 2022-ci ilin sentyabr ayında Ermənistana məxsus bir sıra ərazilərin guya Azərbaycan Ordusnunun nəzarətinə keçdiyini iddia edir. 

Söhbət Kəlbəcər rayonunun Buğdadağ yüksəkliyi, Bala Göyçə gölü, Birinci və İkinci İşıqlı yüksəklikləri, Qaragöl gölü, Laçın rayonunun İstisu (Cermux) rayonu ilə sərhədindəki bir sıra ərazilərdən gedir. Həmin torpaqlar Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğal edilsə də, sonradan azad olunub. Eyni zamanda, Ermənistan BMT-yə daxil olan zaman sözügedən ərazilər Ermənistanın yurisdiksiyasına aid olmayıb. 

Azərbaycan və Ermənistan arasında sərhdələrin delimitasiyası və demarkasiyası başa çatmadığından, sözügedən ərazilərə iddia irəli sürmək  qanunsuzdur. Ermənistan mediası bu məsələnin üzərində xüsusi dayanmaqla və sualı birbaşa müdafiə nazirinə ünvanlamaqla dolayısı ilə Azərbaycana qarşı müharibə izləri axtarmağa çalışıb. 

Suren Papikyanın şərti sərhəddə yerləşən torpaqları Ermənistanın suveren ərazisi adlandırması hüquqa zidd olsa da, onun “Mən belə bir imkanı sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işi vasitəsilə görürəm” deməsi Azərbaycanla müharibə ritorikasında danışmağın nə qədər təhlükəli olmasını nəzərə aldığını göstərir.  

Bu kontekstdə müdafiə nazirinin Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlamasına münasibəti maraq doğrurur. Qeyd edək ki, Alen Simonyan bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində təxminən 110 km ərazidə yerləşdirildiyini bildirib.

Jurnalistlər Ermənistanın müdafiə nazirindən söhbətin konkret hansı ərazilərdən getməsi barədə məlumata malik olub-olmadığını soruşublar.

“Gəlin, bu məsələni Sərhəd Delimitasiyası və Demarkasiyası Komissiyasının öhdəsinə buraxaq. İndi isə komissiyanın nəyin üzərində işləməli olduğu barədə danışaq... Əgər parlamentin sədri bir rəqəmi deyibsə, bu, onun kifayət qədər əsası olduğunu göstərir”, - deyə Papikyan bildirib.

Müdafiə nazirinin açıqlamaları Təhlükəsizlik Şurasının iclasında sərhədlərin delimitasiyası, Azərbaycanın işğal altındakı anklav kəndlərinin qaytarılması və Ermənistanın şərti sərhəddə iddia etdiyi ərazilərlə bağlı məsələlərin müzakirə olunduğunu deməyə əsas verir. 

Ona görə də rəsmi İrəvan yaxın vaxtlarda sərhədlərin delimitsaiyası və demarkasiyası komissiyalarının iclası çərçivəsində  işğal altındakı yaşayış məntəqələrinin Azərbaycana qaytarılması müqabilində iddia etdiyi ərazilərin Ermənistana verilməsini təklif edə bilər. Lakin Azərbaycan Ermənistanın işğal etdiyi 4 anklav kənd üzərində 1949-cu il Cenevrə Konvensiyasına əsasən suveren hüquqlara malikdir. Yəmin həmin kəndlər Azərbaycanın suveren əraziləridir. 

Çox güman ki, Alenm Simonyan da məhz bu faktı nəzərdə tutub. Ortada işğal faktı olduğuna görə Ermənistan həmin yaşayış məntəqələrini qeyd-şərtsiz tərk etməlidir.  Ermənistanın isə iddia etdiyi torpaqlar üzərində yurisdiksiyası yoxdur. 

Bu baxımdan, ərazi mübadiləsindən söhbət gedə bilməz. Anklav kəndlər Azərbaycana qaytarıldıqdan sonra digər ərazilərlə bağlı məsələ 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Sovet dövrünə aid razılaşdırılmış  xəritələr əsasında  öz həllini tapa bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İrəvan 4 kənd Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri