Icma.az
close
up
RU
İrəvanda son savaş: Paşinyan üçün həlledici mərhələ

İrəvanda son savaş: Paşinyan üçün həlledici mərhələ

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ermənistanda seçkilər sadəcə hakimiyyət uğrunda daxili siyasi yarış deyil – bu, bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyən edə biləcək strateji toqquşmadır. Bu prosesdə əsas sual birdir: Ermənistan hansı istiqaməti seçəcək – sülh və inteqrasiya, yoxsa asılılıq və təcrid?

Geosiyasi oyunun mərkəzində İrəvan
Bu seçkilər ətrafında formalaşan mənzərə göstərir ki, Ermənistan faktiki olaraq bir neçə güc mərkəzinin maraqlarının kəsişmə nöqtəsinə çevrilib.
-Bakı–Ankara–Vaşinqton–Brüssel xətti bölgədə sabitlik, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın dərinləşməsində maraqlıdır. 
-Moskva və Tehran isə Ermənistanın bu orbitdən uzaqlaşmasını öz geosiyasi mövqelərinə təhdid kimi qiymətləndirir. 
Bu baxımdan seçkilər Ermənistanın daxili siyasi seçimi olmaqdan çıxaraq, regional güclərin təsir uğrunda mübarizəsinin platformasına çevrilib.

Siyasi fiqurlar və xarici dayaqlar
Seçkinin əsas fiqurları isə Nikol Paşinyan – sülh gündəliyi və Qərbə açılım xətti ilə çıxış edir.
Robert Köçəryan-Rusiya və İranla yaxınlaşmanı prioritet sayır. 
Samvel Karapetyan-müxalifətin yeni siması kimi təqdim olunsa da, Moskva ilə əlaqələri onun elektoratını məhdudlaşdırır.  Karapetyanın  yeni sima olması ilə yanaşı, iş adamı və maddi imkanlara malik olması seçkilərdə müəyyən uğur əldə edə bilər. Karapetyanın digrə üstün cəhəti isə Rusiyadakı erməni diasporunun böyük bir qisminin onu dəstəkləməsidir.  Lakin  onun Rusiya vətəndaşı olması ciddi maneələr yaradır. 
Köçəryanın son çıxışları açıq şəkildə göstərir ki, o, Ermənistanın yenidən Rusiya orbitinə qayıtmasını zəruri hesab edir və Qərb layihələrinə, xüsusilə regional kommunikasiyalara şübhə ilə yanaşır. Bu isə onun siyasi xəttinin mahiyyət etibarilə status-kvonun qorunmasına yönəldiyini göstərir.  Lakin onun seçkidə ciddi uğur qazanacağı gözlənilmir. Bunu Ermənistandakı son illərin siyasi prosesləri də sübut edir. Artıq erməni cəmyyyəti  Köçəryanı və onun kimi revanşist qüvvələri qəbul etmir. 
Bunu Köçəryan özü də yaxşı dərk edir.  Odur ki, ən azından parlamentdə təmsilçilik hüququ qazanmaq və bununla  da Ermənistanın siyasi həyatında mövcudluğunu qorumağa çalışır. 

Sülh gündəliyi və cəmiyyətin seçimi
Paşinyanın ritorikasında əsas xətt dəyişməzdir: Sülh, iqtisadi inkişaf, sosial rifah  və təhlükəsizlik. Onun parlament çıxışlarında vurğuladığı məqam isə insanların artıq “gərginlik yox, rahatlıq hiss etməsi”  seçki kampaniyasının əsas ideoloji dayağına çevrilib. Bu isə mühüm bir reallığı üzə çıxarır: erməni cəmiyyəti müharibədən və blokadadan yorulub və sülhə psixoloji olaraq hazırdır.

Bakının geosiyasi rolu: oyunun açar nöqtəsi
Bu kontekstdə Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan artıq təkcə region ölkəsi deyil, strateji tranzit və geosiyasi mərkəz kimi çıxış edir:
1. Nəqliyyat və logistika qovşağı
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşərək alternativ enerji və ticarət marşrutlarının əsas halqasına çevrilib. Ermənistanın bu layihələrdən kənarda qalması onun təcridini daha da dərinləşdirir.
2. Sülh təşəbbüslərinin müəllifi
Bakı post-münaqişə dövründə: delimitasiya,  kommunikasiyaların açılması, hüquqi baza yaradılması kimi addımlarla regionda yeni təhlükəsizlik arxitekturasının əsasını qoyub. 
3. Güc balansının dəyişməsi
44 günlük müharibədən sonra yaranan reallıq ondan ibarətdir ki, artıq regionda təşəbbüs Bakıdadır və digər aktorlar bu reallıqla hesablaşmağa məcburdur.

Moskva və Tehran niyə narahatdır?
Rusiya və İran üçün əsas risklər: Ermənistanın Qərbə inteqrasiyası; regionda alternativ nəqliyyat xətlərinin açılması; Bakı-Ankara tandeminin güclənməsi. Bu səbəbdən onlar seçkidə daha çox status-kvonu qoruyan qüvvələrə dolayı və ya birbaşa dəstək verməyə çalışırlar.

Proqnozlar: hansı ssenari real görünür?
1. Paşinyanın qalibiyyəti (ən real ssenari) sülh prosesinin davamı, Azərbaycanla razılaşmaların dərinləşməsi, Ermənistanın mərhələli şəkildə təcriddən çıxması 
2. Revanşist qüvvələrin güclənməsi isə Rusiya asılılığının artması, regional layihələrdən uzaqlaşma, iqtisadi risklərin yüksəlməsi. 
3. Koalisiya və ya zəif hakimiyyət; siyasi qeyri-sabitlik, xarici təsirlərin artması, qərarvermədə paralic.

Bu seçim təkcə siyasi deyil, sivilizasiyadır
Ermənistan bu gün tarixi yol ayrıcındadır. Sülh və inteqrasiya yolu ilə Bakı və Ankara ilə əməkdaşlıq, regional layihələrə qoşulmaq, yoxsa asılılıq və təcrid yolu ilə Moskva və Tehran orbitində qalmaq. Bu seçimin nəticəsi təkcə Ermənistanın deyil, bütün Cənubi Qafqazın gələcəyini müəyyən edəcək. Və bu reallıqda dəyişməyən bir həqiqət var: regionun açarı Bakının əlindədir və geosiyasi dinamikanın istiqamətini müəyyən edən əsas aktor məhz Azərbaycandır.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri