Icma.az
close
up
RU
İrəvanda vacib görüş: Azərbaycandan bu şəxs qatıldı, sədrlik Bakıya keçdi FOTO

İrəvanda vacib görüş: Azərbaycandan bu şəxs qatıldı, sədrlik Bakıya keçdi FOTO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 11-də İrəvanda Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsinin 64-cü iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İddia edilir ki, Rumıniya, Şimali Makedoniya, Yunanıstan, Bolqarıstan Ukrayna, Serbiya və digər bir neçə ölkə ilə yanaşı Türkiyə və Azərbaycandan da nümayəndələr iştirak ediblər. Məlumata görə, iclasda Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibi Asəf Hacıyev təmsil edib.

Görüşü Ermənistan parlamentinin spikeri Alen Simonyan açıb. May ayında komitəsinin 63-cü iclasında protokol sənədinin təsdiq edilməsindən sonra 2025-cü il üçün yığıncağın büdcəsi müzakirə olunub.

Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku və Qara Dəniz İqtisadi Əməkdaşlıq və İnkişaf bankının sədri Serhat Köksal çıxış ediblər. Onlar təşkilatın fəaliyyəti ilə bağlı məlumatları iclas iştirakçılarına çatdırıblar.

KTMT Parlament Asambleyanının Ermənistan nümayəndə heyətinin rəhbəri Babken Tunyan ölkəsinin qonşu dövlətlərlə sərhədlərinin bağlı qalmasının müsbət hal olmadığını bildirib. O, iqtisadi inkişaf üçün münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

Sessiyada onlayn formatda iştirak edən Türkiyə nümayəndə heyətinin rəhbəri Faik Dönməz Ermənistanla münasibətlərin normallaşmasının və sərhədlərin açılmasının vacibliyini vurğulayıb. Ankaranın Bakı və irəvan arasında sülhün əldə olunmasına dəstəyindən danışıb.

Sonda 65-ci iclasın Bakıda keçirilməsi qərarlaşdırılıb və sədrlik Ermənistandan Azərbaycana keçib.

Qeyd edək ki, bundan öncə də Azərbaycan parlamentinin nümayəndələri İrəvanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Son olaraq Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov 2022-ci ildə AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistana səfər ediblər.

Ayşən Mustafa
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see178

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see144

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see136

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri