Icma.az
close
up
RU
İrəvanda Zəngəzur dəhlizi ilə bağlı qarşıdurma İqtidar və müxalifət bir birlərini ittiham edir

İrəvanda Zəngəzur dəhlizi ilə bağlı qarşıdurma İqtidar və müxalifət bir birlərini ittiham edir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan parlamentində Zəngəzur dəhlizi məsələsi ətrafında siyasi gərginlik artır. Müxalifət hakimiyyəti mümkün güzəştlər barədə ictimaiyyəti əvvəlcədən məlumatlandırmamaqda və fakt qarşısında qoymaqda ittiham edir.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan bu gün parlamentdə çıxış edərək bildirib ki, Ermənistan heç bir güzəştə getməyib və getməyəcək. Onun sözlərinə görə, suverenlik və ərazi bütövlüyü ilə bağlı istənilən şübhə konstitusiya quruluşuna ziddir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, Ermənistan əvvəllər bu layihəyə qarşı çıxsa da, indi iqtisadi inteqrasiya məsələlərinə daha çevik yanaşır.

Ərdoğanın fikirlərinə cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında qeyd edib ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar davam edir və İrəvan bu prosesdə nəqliyyat yolları üzərində milli yurisdiksiyasını əsas götürür.

Müxalif "Hayastan" fraksiyasının deputatı Geqam Manukyan isə hakimiyyəti gizli razılaşmalar əldə etməkdə və bunları cəmiyyətə açıqlamamaqda günahlandırıb: “Bir neçə dəfə şahidi olmuşuq ki, hansısa razılaşma barədə ilk xəbəri Bakıdan və ya Ankaradan alırıq. Ermənistan hökuməti isə bu məlumatları dolaşıq şəkildə təsdiqləyir. İndi də ehtimal olunur ki, yaxın günlərdə Sünikdən keçəcək yol ilə bağlı təhlükəli bir razılaşma açıqlana bilər.”

Müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan da hökuməti sərt tənqid edib. O bildirib ki, Ermənistan diplomatik mövqelərini itirib və Türkiyəyə regionda vasitəçilik rolu verib: “Ermənistan hakimiyyəti uzun müddətdir Azərbaycanla aparılan danışıqlarda Türkiyənin mövqeyini gücləndirir. Bu isə Ankaranın maraqlarına uyğun siyasətin irəliləməsinə şərait yaradır.”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri