Icma.az
close
up
RU
İrəvanı qarışdıran Qarabağ iddiası: Köçəryan oteldə Sərkisyanla nə danışıb? Gizlinlər

İrəvanı qarışdıran Qarabağ iddiası: Köçəryan oteldə Sərkisyanla nə danışıb? Gizlinlər

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ermənistanın keçmiş prezidenti Armen Sərkisyanla bağlı iddialar ölkədə rezonans doğurub. 2013-2018-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olmuş A.Sərkisyanın əslində casus olduğu və ingilis hökumətinə çalışdığı iddia edilir.

Ermənistanın Rusiya oxundan çıxıb Qərbə yönəlməsinin başlanğıcı kimi dəyərləndirilən Məxməri inqilabdan (2018 ) sonra prezident seçilən Armen Sərkisyanın əvvəlcə keçmiş prezident Robert Köçəryanla gizli şəkildə görüşdüyünə dair məlumatlar yayılıb. Belə ki, Köçəryan və Serj Sərkisyanın əslində inqilab pərdəsi altında hökuməti planlı şəkildə hazırkı baş nazir Nikol Paşinyana təhvil verdiyi bildirilir. Xüsusilə S.Sərkisyanın Qarabağ məsələsində çıxılmaz vəziyyətdə olması səbəbindən bu addımı atdığı deyilir.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında geniş araşdırma dərc olunub.

Otel otağında görüş…

A.Sərkisyanın 2018-ci ildə prezidentliyə namizəd olduğu müddətdə İrəvanda yerləşən “Aleksandr” otelində Köçəryanla bir araya gəlməsi bu iddiaları gücləndirən faktor kimi göstərilir. Hətta ikilinin 2020-ci ildə 9 noyabr bəyanatının imzalanması və 2021-ci ildə keçirilən seçkilər ərəfəsində də gizli şəkildə görüşdükləri bildirilir.

Köçəryanın ofisinin sözçüsü Baqrat Mikoyan isə bu iddiaların yalan olduğunu, keçmiş prezidentin 2008-ci ildə vəzifədən getdikdən sonra Sərkisyanla cəmi bir dəfə – 2020-ci ildə, məhz onun xahişi ilə görüşdüyünü deyib. Mikoyan ümumiyyətlə görüşlərlə bağlı mövzunun ictimaiyyətə açıqlanmamalı olduğunu, detalların məxfiliyinin qorunmasının vacibliyini vurğulayıb.

Təbrik məktubu

Bunun ardınca isə A.Sərkisyanın ingilis agenti olduğu və Paşinyanla birlikdə Ermənistanı Qərbin maraqlarına uyğunlaşdırma prosesini dəstəklədiyinə dair iddialar yenidən gündəmə gəlib. Köçəryan və Armen Sərkisyanın görüşü isə bir növ Rusiya-Qərb müzakirəsi kimi dəyərləndirilib. A.Sərkisyan barəsindəki məlumatların Körçəryanın ofisi tərəfindən məqsədli şəkildə yayıldığı, diqqətin ikilinin görüşündən yayındırılmasına çalışıldığı qeyd olunur.

Erməni müxalif fəal Tiqran Vardanyan isə Robert Köçəryanın Armen Sərkisyanı prezident seçilməsi münasibətilə təbrik etməsinə diqqət çəkib. T.Vardanyan bildirib ki, əgər A.Sərkisyan agent idisə, niyə Köçəryan onun Ermənistanın prezidenti seçilməsinə görə xüsusi məktubla təbrik edib?

Rusiya qayıdır

Qeyd edək ki, hazırda keçmiş prezident Robert Köçəryan və Serj Sərkisyanın komandaları arasında ciddi gərginlik var. Rusiyanın Ukraynadakı müharibəni bitirib yenidən Cənubi Qafqaza diqqət yönəltməsi fonunda Ermənistandakı qüvvələrinin aktivləşməsi gözlənilir. Moskvanın artıq Köçəryanı seçdiyi və İrəvanda onun siyasət meydanına çıxarılması üçün təşəbbüs göstərəcəyi bildirilir. Bu fonda isə Sərkisyanın hakimiyyət müddəti ilə bağlı ictimaiyyətdə müzakirələr başladılıb, onun barəsində müxtəlif ittihamlar səsləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri