Icma.az
close
up
RU
İrəvanın ikili oyunu: Ermənistan Qərbi də, Rusiyanı da regionda saxlamağa çalışır, bu isə...

İrəvanın ikili oyunu: Ermənistan Qərbi də, Rusiyanı da regionda saxlamağa çalışır, bu isə...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

 “Yaxın tarix göstərir ki, Ermənistan Rusiyanın tövsiyələrinə, xəbərdarlığına məhəl qoymur”.

Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə rəsmi Moskvanın Ermənistanı Aİİ və Aİ arasında seçim çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İrəvan hökuməti hazırda öz Qərbyönlü siyasətini davam etdirir:

"Çox güman ki, Ermənistan hökuməti Rusiyanın "qırmızı xətlərini" yoxlayır. Hazırda İrəvan üçün bu "qırmızı xətlər" bir qədər geniş, əhatəli görünür. Ona görə də Avropa İttifaqına yönəlik hərəkətlərini davam etdirir. Rusiya da konkret addımlar atmağa tələsmir. Bu da Ermənistana imkanlar yaradır ki, ən azından sözdə də olsa, şifahi də olsa Avropa İttifaqına üzvlüklə bağlı bəyanatlar səsləndirsin. Ancaq əməldə heç nə yoxdur”.

İlqar Vəlizadə: Böyük güclərin bölgədə toqquşması regiona yaxşı heç nə vəd etmir

Müsahibimiz qeyd edib ki, Avropa İttifaqının investorları da Ermənistanla bağlı fəallıq nümayiş etdirmirlər. İrəvan da Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu çox sıxışdırmır. Sərhədlərdə bir-iki nöqtədən rus qoşunları çıxsa da, Rusiyanın hərbi mövcudluğu Ermənistanda qalmaqdadır. Yəni mənzərə əsaslı şəkildə dəyişmir.

“Bu da ondan xəbər verir ki, Ermənistan tərəfi təəssüflər olsun, ikili oyun oynamaqla, həm Qərbi, həm Rusiyanı regionda saxlamağa çalışır. Bu da son nəticədə tərəflərin toqquşmasına gətirib çıxara bilər. Böyük güclərin bölgədə toqquşması region ölkələrinə yaxşı heç nə vəd etmir. Təhlükəli oyun davam etməkdədir", - deyə İlqar Vəlizadə vurğulayıb.

Qüeyd edək ki, rəsmi Moskva Ermənistanı Aİİ və Aİ arasında seçim etməyə çağırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı kimi fərqli mövqelərə malik qurumlara üzvlük mümkün deyil. Lakin son qərarı məhz Ermənistan verməlidir.

O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqından fərqli olaraq bərabərhüquqlu dövlətlərin birliyi adlandırıb. Mixail Qaluzin deyib ki, Aİ Brüsseldəki bürokratların Rusiya əleyhinə verdiyi qərarlar çərçivəsində fəaliyyət göstərir.

Qaluzin bildirib ki, hansı tərəfdə olmaqla bağlı son qərarı Ermənistan verməlidir:

"Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlüyün qazandıracağı üstünlüklər izah ediləcək. Bu, əhalidə obyektiv təsəvvürün yaranmasına imkan verəcək".

O, Ermənistanın öz inkişaf vektorunu sərbəst şəkildə seçə bilən suveren dövlət olduğunu qeyd edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri