Icma.az
close
up
RU
İrəvanın mərkəzində Qarabağ mahnısı və ya Koçaryan Paşinyan qarşıdurması güclənir ŞƏRH

İrəvanın mərkəzində Qarabağ mahnısı və ya Koçaryan Paşinyan qarşıdurması güclənir ŞƏRH

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionun kommunikasiya xətlərinin blokdan çıxmasını istəməyən qüvvələr hər dəfə yeni bir xəbər yayılanda aktivləşir, prosesi baltalamağa çalışır. Bu revanşist və sülh əleyhdarı olan qüvvələr əsasən xarici dövlətlərdən bəslənən keçmiş siyasilərin, xüsusən də sabiq prezidentlərin dirijorluğu ilə idarə olunur. Bəzən erməni kilsəsi də proseslərə qoşulur, sülhün imzalanmasını qəti surətdə qəbul etmədiklərini bəyan edirlər.

Elə ötən il Azərbaycanla Ermənistan arasında demarkasiyanın başlaması “Vətən naminə Tavuş” kimi hərəkatın ortaya çıxmasına, prosesə mane olmaq istəyən başıpozuq kütləni öz ətrafına toplamağa başlaması da bu məsələyə dəlalət edir. Maraqlıdır ki, adi qığılcımlardan tonqal qalamaq arzusu ilə alışıb-tutuşan Robert Koçaryan və onun “Hayastan” bloku elə Baqrat Qalstanyanın hərəkatına ilk dəstək verənlərdən olmuşdu. Amma həm hərəkatın, həm də dəstəkçilərinin arzusu ürəyində qaldı.

Bu yaxınlarda da eyni ssenari başqa formada təzahür etdi. İş orasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında Azərbaycanla sülh müqaviləsi barədə müsbət fikirlər səsləndirməklə yanaşı, bütün sərhəd xəttinin demarkasiya olunmasının vacibliyindən, bu məsələdə isə razılığın əldə olunmasından, Gürcüstanla sərhəddən başlayaraq cənuba qədər prosesin gedəcəyindən danışdı.

Təbii ki, baş nazirin bu çıxışı, eyni zamanda demarkasiya olunmuş ərazini ən təhlükəsiz ərazi adlandırması revanşistlərin və Koçaryan dəstəsinin xoşuna gəlmədi. Elə bu səbəbdən də ilk olaraq ortaya atılan cəfəng bir fikir erməni cəmiyyətində çalxalanmaya səbəb oldu. Guya 1999-cu ildə Robert Koçaryan Ulu Öndər Heydər Əliyevə Meğrini Qarabağla dəyişməyi təklif edib və bu sənədlər ABŞ kəşfiyyatı tərəfindən təzəlikcə dövriyyəyə buraxılıb. Təbii ki, Robertin bu fikirləri əlində olan media resurslar vasitəsilə ortaya atması ABŞ-dəki son hakimiyyət dəyişikliyi, Paşinyanın inauqrasiya mərasiminə dəvət edilməməsi, bu yaxınlarda Ştatlara planlaşdırılan görüşü ətrafında gedən ajiotajla bağlıdır. Əvvəldən Rusiyanın adamı olaraq tanınan Koçaryan fürsətdən istifadə edərək, qucaq dəyişdirmək, ABŞ xüsusi xidmət orqanlarının yadına özünü salmaq fikrinə düşüb.

Baş nazir açıqlamasında “əgər bir insandan bir şeyi istəyirsinizsə, deməli o istədiyiniz o adamındır. Əgər Koçaryan Qarabağı Heydər Əliyevdən istəyibsə, deməli Qarabağ Azərbaycanın olub” fikri erməni cəmiyyətində birmənalı qarşılanmadı. Paşinyan həm bu fikri ilə Robertin işğalçı xislətini bir daha ortaya qoyur, eyni zamanda xalqa çatdırır ki, Qarabağ elə əzəli Azərbaycan torpağıdır və 90-cı illərə baş verən işğal faktı birbaşa Ermənistanın əleyhinə olan bir hərəkət olub. Bu isə həm gələcəkdə Koçaryana qarşı yeni cinayət işinin açılmasına səbəb ola bilər. Çünki Nikol bir neçə dəfə eyham vurub ki, biz aldadılmışıq, Qarabağ Azərbaycan ərazisidir. Bu isə işğal işində əli olanlara qarşı yeni dalğanın start götürəcəyinə işarədir.

Bununla belə, Koçaryan cəbhəsinin növbəti həmləsi də hesablanmış bir addımdır. Əslində baxanda bir qrup İran turisti, əslən azərbaycanlı olan bir neçə nəfərin İrəvanın paytaxtında “Qarabağ” mahnısı oxumağı adi bir haldır. Çünki onlar mahnını ifa edən zaman ətrafda xeyli sayda erməni var və heç biri reaksiya vermir. Amma iş orasındadır ki, sonradan bu kadrlar Koçaryanın sifarişi ilə Qarib Babayan adlı Qarabağ ermənisi, 70 yaşlı bir şəxs tərəfindən sosial şəbəkələrdə dövriyyəyə buraxılır və dövlətə, dövlətin siyasətinə qarşı təhqirlər yağdırılır. İlk baxışdan demək olar ki, 70 yaşlı qarabağlı erməni ilə Koçaryanı nə birləşdirir? Sifarişin Koçaryandan gəldiyini sübut edən faktlar isə Ermənistanın İstintaq Komitəsi tərəfindən Qaribə qarşı cinayət işinin açılması ilə ortaya tökülməyə başladı.

İlk olaraq, Arman Tatoyan Babayanı müdafiə edən məqalələrlə çıxış etməyə başladı və işin qərib tərəfi də odur ki, bunlar Koçaryanın maliyyələşdirdiyi KİV-lərdə boy göstərməyə başladı. Koçaryanıın Tatoyanla yaxın münasibətinin olduğunu, hətta bir ara Armanın özünü Paşinyanın yerinə hazırladığı da bilinən faktdır. Amma sonradan Nikol cəbhəsi tərəfindən susdurulan keçmiş ombudsman xeyli vaxt idi ki, səssizliyə qapılmışdı. Tatoyanın odlu-alovlu çıxışının mürəkkəbi qurumamış, “Hayastan” fraksiyasının üzvləri, Kristine Vardanyan, İşxan Saqatelyan vəkil Ruben Melikyan, türkoloq Varujan Qeqamyan, Tiqran Abramyan, Qeqam Stepanyan kimi şəxslər üzə çıxaraq, Qarib Babayanın müdafiəsinə qalxdılar. Yuxarıda adı çəkilənlərdən başqa, “Hayastan” fraksiyasını və Koçaryanıı dəstəkləyənlər hətta məhkəmə binasının qarşısına kütləni çıxarmaq, siqnallar vermək, “türklər bizim düşmənimizdir” şüarlarının səsləndirilməsinə də nail olublar.

Bu, Koçaryanın təşkilatlanmış və idarəolunan aksiyalarıdır. Çünki son iki il ərzində İrəvanda Qarabağ ermənilərinə qarşı pis münasibət və nifrət getdikcə artmaqdadır və bunun bir sıra səbəbləri var. İkincisi, əgər kütlə qarabağlıların həbsinə belə həssasdırsa, niyə bu yaxınlarda ard-arda həbs edilən Qarabağ ermənilərinə görə səsini çıxarmırdı? Bütün bu sadalanan faktlara əlavə etmək lazımdır ki, bir neçə gündür Zəngəzur mis-molibden kombinatının da işçiləri tətilə və etiraza başlayıblar və erməni KİV-i diqqətlə oxuyanda anlayırıq ki, bu işdə də sabiq prezidentin barmağı var.

Sadalananlar sübut edir ki, Koçaryanı-Paşinyan qarşıdurması yeni fazaya qədəm qoyub və bu dəfə Robert Qarabağ erməniləri kartından istifadə etmək niyyətindədir. Çünki sabiq prezident anlayır ki, hadisələrin gedişatı heç də yaxşı gələcək vəd etmir. Azərbaycanla imzalanacaq sülh müqaviləsi onun Azərbaycan ədaləti qarşısında törətdiyi cinayətlərə görə cavab verməsi ilə nəticələnə bilər. Bu səbəbdən də hər vəchlə prosesi baltalamağa çalışır...

Kamil Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri