Icma.az
close
up
RU
IRU Orta Dəhlizin tam potensialını reallaşdırmasına mane olan amilləri açıqlayıb EKSKLÜZİV

IRU Orta Dəhlizin tam potensialını reallaşdırmasına mane olan amilləri açıqlayıb EKSKLÜZİV

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Son illərdə Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artaraq rekord səviyyəyə çatıb.

Bunu “Report”a müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto deyib.

Onun sözlərinə görə, bu marşrut təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir: “Xüsusilə Çin və Avropa İttifaqı ölkələri arasında strateji əlaqələrin gücləndirilməsində Orta Dəhliz xüsusi yer tutur. Bir çox beynəlxalq forumlarda Orta Dəhliz əsas müzakirə mövzusu olmuşdur ki, bu da dəhlizin əhəmiyyətinin artdığını göstərir. Lakin mövcud çətinliklər dəhlizin tam potensialını reallaşdırmasına mane olur və əlavə tədbirlərin görülməsini tələb edir”.

IRU-nun Baş katibi, ilk növbədə, tranzit xərclərinin optimallaşdırılması və şəffaflığın artırılması əsas prioritetlərdən biri olduğunu deyib: "Hazırda qeyri-sabit tariflər, yüksək logistika xərcləri və təchizat zəncirindəki pozulmalar daşımaların səmərəliliyinə mənfi təsir göstərir. Bu problemləri həll etmək üçün dövlətlərarası koordinasiya gücləndirilməli, vahid tarif siyasəti tətbiq olunmalı və rəqəmsal həllər genişləndirilməlidir".

O hesab edir ki, Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması da vacib amillərdən biridir: “RO-PAX tipli gəmi bərələrinin sayının artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi limanlarda gözləmə müddətini minimuma endirəcək. Belə tədbirlər yüklərin tez bir zamanda daşınmasını təmin edərək dəhlizin cəlbediciliyini artıracaq. Bu maneələrə baxmayaraq, dəhliz üzərindən daşınan nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə dəhliz vasitəsilə 19 400 nəqliyyat vasitəsi daşınıb ki, bu da 2015-ci ildəki 3000-5000 göstəricisi ilə müqayisədə böyük irəliləyişdir. Yaxın gələcəkdə bu rəqəm 40 000-ə çatdırıla bilər".

Umberto de Pretto Dünya Bankının proqnozlarına istinad edərək qeyd edib ki, 2030-cu ilə qədər Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 11 milyon tona, tranzit müddəti isə iki dəfə azalacaq: "Lakin bu potensialın tam reallaşdırılması üçün dəhlizi vahid ticarət marşrutu və iqtisadi zona kimi optimallaşdırmaq tələb olunur. Bunun üçün dəhliz boyunca sərhədlərarası institusional çərçivənin yaradılması, beynəlxalq standartlara uyğunlaşma və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi vacibdir. Xüsusilə beynəlxalq maliyyə institutlarının dəstəyi ilə dəhliz boyu infrastrukturun modernləşdirilməsi və logistika mərkəzlərinin inkişafı prioritet təşkil etməlidir”.

Umberto de Pretto ilə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri