Icma.az
close
up
RU
“İş dünyası çağırır” mövzusunda təlim

“İş dünyası çağırır” mövzusunda təlim

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə TƏBİB-in Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Oğuz Heydərli “İş dünyası çağırır” mövzusunda təlim keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd tələbələrə karyera quruculuğu, əmək bazarının müasir tələbləri haqqında praktiki tövsiyələr vermək olub.

Tədbirin açılışında Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov Karyera və məzunlarla iş mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlara yönəlmiş karyera xidmətləri haqqında məlumat verib.

Təlimçi müxtəlif sahələr üzrə mövcud əmək münasibətləri, iş mühitində gözləntilər, əmək hüquqları və peşə etikası barədə ətraflı danışıb. Bildirib ki, texnologiya və rəqəmsallaşma dövründə əmək bazarı daha çevik, tələbkar və rəqabətli hal alıb. Məhz bu dəyişikliklər tələbə və məzunlardan həm peşə biliklərinə dərindən yiyələnməyi, həm də gələcəyin bacarıqlarını inkişaf etdirməyi tələb edir.

Təlimçi müasir dövrdə tənqidi və strateji düşünmənin, rəqəmsal dünyaya adaptasiyanın, komanda və liderlik keyfiyyətlərinin, analitik təhlil, ünsiyyət bacarıqlarının iş dünyasının əsas seçim meyarlarına çevrildiyini qeyd edib. Xüsusi olaraq vurğulayıb ki, iş dünyası yalnız bilikli deyil, həm də təşəbbüskar, yenilikçi və özünün inkişafına yatırım edən gəncləri axtarır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri