Icma.az
close
up
RU
İŞ VAXTI BAŞINA 40 KİLOQRAMLIQ DƏMİR DÜŞDÜ, ŞİRKƏT MÜALİCƏSİNİ YARIMÇIQ SAXLADI... Şəki sakini “Körpü Bina Tikinti” MMC dən şikayətçidir

İŞ VAXTI BAŞINA 40 KİLOQRAMLIQ DƏMİR DÜŞDÜ, ŞİRKƏT MÜALİCƏSİNİ YARIMÇIQ SAXLADI... Şəki sakini “Körpü Bina Tikinti” MMC dən şikayətçidir

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Şəki rayonu, Bideyiz kənd sakini İbadullayev Novruz Xaləddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işlədiyi “Körpü-Bina-Tikinti” MMC şirkətində iş vaxtı başına ağır əşya düşüb, şirkət müalicə xərclərini ödəməkdən boyun qaçırır:

“Mən, İbadullayev Novruz Xaləddin oğlu, yazaraq bildirirəm ki, 2019-c ildən “Körpü-Bina-Tikinti” MMC şirkətindən işə başlamışam. Həmin ilin iyul ayında hadisə baş vermişdir. Belə ki, yuxarıdan 40 kiloqramlıq dəmir parçası başıma düşmüşdür... 

Həmin vaxtdan indiyə kimi şirkətin rəhbəri Xəlil Göyüşovdur. Özü ilə görüşmək mümkün olmur, qəbul etmir.

Qeyd edim ki, həmin şirkətdə işləyərkən mən vəzifəmə aid olmayan işə cəlb olunmuşam. O zaman da xəsarət almışam. Hadisədən sonra şirkət məsuliyyətdən yayınmaq və sığorta ödənişindən qaçmaq üçün özlərinə sərf edən kimi sənədi aktlaşdırıblar. Mən həmin vaxtı çox ağır vəziyyətdə olduğumdan, bunların heç birini bilməmişəm. 

Apardıqları xəstəxanada mənə aid heç bir sənəd yoxdur. İşi ən xırda nöqtəsinə kimi incə işləyiblər. Məni xəstəxanadan çıxarmaqlarına az qalmış üzümü bağlayıb, başıma papaq qoyaraq, çıxarıblar. O vaxt bilməzdim ki, sonradan bu hadisə sümüyümdə iz qoyub, başıma bəla ola bilər.

Həmin vaxt müalicə xərclərimi və xəstəxanada yatdığım 20 günün pulunu şirkət ödəyib. Hətta sağalandan sonra məni işimə də geri qaytaracaqlarını demişdilər. Evə çıxardan kimi bütün əlaqələri sildilər.

Hadisəni görən şahidlər var. Onların adlarını məhkəməyə təqdim etmişdim. Lakin məhkəmə heç bir sübuta baxmadan, işə xitam verdi.  Rəhbər şəxsin vəkili məhkəmədə belə bir hadisənin olmadığını dedi. “Elmed” klinikasında yatmışam. 2 gün komada olmuşam. 20 gün xəstəxanada yatmışam. Sağalmağım üçün cəmi 15 min manat pul xərclənib.

Hazırda səhhətim ağırdı. İllərdir başımda olan ağrılar kəsmir. Aparata saldırdım, dedilər ki, başında çirklənmə var.

Müailəcə etməyə imkanım yoxdur. İş qabiliyyətimi də itirmişəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə dəyən ziyanın qarşılanmasına dəstək olsunlar. Başımda xəsarətin yeri var. Mən onlara inanıb poisə müraciət etmədim. Bilmədim ki, müalicəmi yarım qoyacaqlar.

Mən, sizin sayt vasitəsilə şirkətin rəhbərindən bir daha xahiş edirəm. Mənim maddi durumum müalicəmə imkan versəydi, heç sizə müraciət etməzdim. Ağrılarım var, ölümlə üz-üzəyəm. Mənim müalicə olunmağıma köməklik göstərin.

Onu da qeyd edim ki, mənə və müalicəmə ödənilən 10 min manat və 5 min manat pul notarial qaydada qeyri-qanuni rəsmiləşdirilmişdir. 

Hazırda isə səhhətimdə ciddi problemlər var. Əmək qabiliyyətimi itirmişəm. Xeyli miqdarda kredit və kənar borclarım var. İşləmədiyim üçün onları ödəyə bilmirəm".

Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC şirkətinin rəhbəri Xəlil Göyüşov və digər rəhbər şəxslərlə əlaqə saxlamağa çalışsaq da, teıefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri