Icma.az
close
up
RU
İsa Həbibbəyli: Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçib

İsa Həbibbəyli: Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzə ilə çıxış edib.

O bildirib ki, Akademiyamızın 80 illiyi Azərbaycanda akademiya quruculuğunun təxminən 800 ilə yaxın böyük bir epoxasının məntiqi yekunu və sabaha doğru inkişafının hərəkətverici qüvvəsidir. Planetimizin birinci akademik elmi qurumu bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş Platon Akademiyasıdır. Afrika qitəsində 1137-ci ildə yaradılan Efiopiya Akademiyası bizim eranın ilk akademik qurumu hesab edilir. Azərbaycanda isə ilk dəfə 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılan Marağa Rəsədxanası ilə universal elmi fəaliyyətlə məşğul olan elmi-tədqiqat müəssisəsinin bünövrəsi qoyulub. Bundan bir müddət sonra meydana çıxmış Təbriz Darüş-Səfa Akademiya şəhərciyinin salınması ilə Azərbaycan akademiya quruculuğunda bir addım da irəli getmişdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçib. Akademiyanın 1969-1982-ci illər dövrü ölkəmizin elm tarixinə Heydər Əliyev mərhələsi, yaxud intibah dövrü kimi daxil olub. Bu illərdə Akademiyada müxtəlif elm sahələri üzrə elmi məktəblər yaranıb, elmimiz Sovet İttifaqının hüdudlarını aşaraq dünyada tanınıb.

Natiq daha sonra bildirib: “Ulu Öndər SSRİ-nin yüksək rəhbərliyinə irəli çəkildikdən sonra bu inkişaf tempi, təəssüf ki, qorunub saxlanılmayıb. Hətta müstəqilliyin başlanğıc illərində Akademiyanı ləğv etmək haqqında bəyanatlar səsləndirilib. Ona görə də 1983-1993-cü illər Elmlər Akademiyasının tənəzzül və böhran dövrü hesab olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikanın digər sahələrində olduğu kimi, Akademiyada da böyük dirçəliş prosesləri başlanıb, ölkə maraqları ön mövqeyə çəkilib. Ulu öndərin 2001-ci il 15 may tarixli sərəncamı ilə Akademiyaya “Milli Elmlər Akademiyası” statusu verilib. 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olub”.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan möhtəşəm inkişaf dövründə Akademiyanın fəaliyyəti iki mərhələyə ayrılır:

1. Modernləşmə və innovasiya dövrü (2003-2021-ci illər);

2. Yeniləşmə və islahatlar mərhələsi (2022-ci ildən).

Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elmini beynəlxalq miqyasda təmsil edir. Ölkəmizin inkişafına, xüsusən xalqımızın milli-mənəvi dirçəlişinə öz töhfələrini verməkdə davam edir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkə rəhbərliyinin elm və təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan elm və təhsilinin müasir əsaslar üzərində formalaşmasında və bu sahələrin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı müstəsna rolu diqqətə çatdırıb. Vurğulayıb ki, bu siyasi və ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində son illərdə ölkəmizin elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın məntiqi nəticəsi kimi, ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elm və təhsil infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılır.

Emin Əmrullayev çıxışında Azərbaycanın bir dövlət olaraq qarşısında dayanan geniş imkanlardan bəhs edib. Bildirib ki, ölkəmiz mövcud elmi, intellektual və texnoloji potensialını səmərəli şəkildə səfərbər etməklə qısa müddət ərzində regionun lider ölkəsinə çevrilmək imkanına malikdir. Bu məqsədlə insan kapitalının inkişafı, innovasiyaların dəstəklənməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən siyasət ölkənin gələcək inkişafına mühüm töhfə verəcək.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında deyib ki, AMEA və Azərbaycan Yazıçılar Birliyi mənəviyyatın iki qanadı, onu yüksəyə qaldıran ocaqlardır. Fəxr edirik ki, 80 illik yubileyini qeyd etdiyimiz Milli Elmlər Akademiyasının qurucuları sırasında Azərbaycan Yazıçılar Birliyinin iki üzvü Səməd Vurğun və Mirzə İbrahimov da yer almışlar.

O qeyd edib ki, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilməsindən sonra iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişlənib: “Müstəqilliyimizin bərpası ilə humanitar sahəyə yenidən qayıtmalı olduq. Çünki sovet ideologiyası tariximizi, dilimizi, ədəbiyyatımızı yadlaşdırma siyasəti həyata keçirirdi. Şadıq ki, bu gün Azərbaycan ədəbiyyatının tarixinin başlanma dövrü kimi “Kitabi Dədə Qorqud” dastanı qəbul edilir”.

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaq təbrik çıxışları ilə davam edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri