Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qəhvə iç və daha uzun yaşa...

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

Taciri toyda zəhərlədilər

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

İsa Həbibbəyli: Birinci Türkoloji Qurultay türk xalqlarının milli oyanış və özünüdərkində mühüm rol oynayıb

İsa Həbibbəyli: Birinci Türkoloji Qurultay türk xalqlarının milli oyanış və özünüdərkində mühüm rol oynayıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Türkoloji Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdədir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfransda çıxışı zamanı deyib.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, hazırda konfransın keçirildiyi AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında baş tutduğunu bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyi, bəzilərinin isə güllələndiyini söyləyib.

Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademik İsa Həbibbəyli sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.

Ümumilikdə Birinci Türkoloji Qurultayın ideyalarının bütün qadağalara baxmayaraq unutdurula bilmədiyini deyən akademik İsa Həbibbəyli Qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Qurultayın 100 il öncə təqdim etdiyi ideyaların bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdə olduğunu deyən akademik İsa Həbibbəyli təşkilatın başlıca hədəfləri sırasında türk xalqlarının birliyi və həmrəyliyinin dayandığını söyləyib. Həmçinin qeyd edib ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub.

Prezident İlham Əliyevin Türk dünyasını bizim ailəmiz adlandırdığını, türk xalqlarına verdiyi ən yüksək dəyəri ifadə etdiyini bildirən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Dövlət başçısının prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyən akademik İsa Həbibbəyli Akademiyanın bir çox müəssisələrində Türk dünyasının tarixini, ədəbiyyatını, folklorunu, dilini, musiqisini, arxeologiyasını, fəlsəfəsini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, Türk dünyasının akademik elmi və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və genişləndirilməkdə olduğunu söyləyib. Bildirib ki, atılan bu addımlar türk xalqlarının elmi-mədəni inteqrasiyası baxımından olduqca mühüm rol oynayır.

Birinci Türkoloji Qurultayın akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla Qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur  və zaman buna doğru gedir.

Akademik İsa Həbibbəyli konfansda sanballı məruzələrin dinləniləcəyini bildirib və tədbirin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə öz töhfəsini verəcəyini söyləyib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see252

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see157

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see132

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see129

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see129

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see128

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see127

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see126

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see125

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see125

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see124

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see122

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see120

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

30 Sentyabr 2025 22:37see119

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see119

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see119

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see118

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see118

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri