Icma.az
close
up
RU
“İşçi qrupları iqtisadi fəaliyyət üçün müsbət siqnal ola bilər” Deputat

“İşçi qrupları iqtisadi fəaliyyət üçün müsbət siqnal ola bilər” Deputat

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ hökumətinin ilin sonunadək Azərbaycan və Ermənistanla İşçi qruplarının yaradılmasını planlaşdırması regionumuza olan maraqdan irəli gəlir. Bu il 8 avqust tarixində dövlət başçısının Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün hökumətlər arasında komissiyanın yaradılması ilə bağlı razılaşma imzalayıblar. Təbii ki, belə bir sənəd ABŞ-la Ermənistan arasında da imzalanıb. Bu baxımdan ilin sonuna qədər İşçi qrupların yaradılması ABŞ-ın regionumuzla  əməkdaşlığın dərinləşdirlməsinə sadiq olduğunun nümayişidir”.

Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşib. Bunlar regional əməkdaşlıq, ticarət-investisiya, rəqəmsal infrastruktur, təhlükəsilzik və terrorizmə qarşı mübarizə istiqamətləridir: 

“İşçi qrup müəyyən olunmuş bu istiqamətlər üzrə potensialı üzə çıxardacaq və ABŞ-la münasibətlərimizin dərinləşməsinə töhfə verəcək. Yaranmış reallıqlar üzərində inkişaf edən Orta dəhliz və ABŞ-ın iştirakı ilə açılması nəzərdə tutulan Tramp marşurutu regionumuzda yeni perspektivlər açır. İşçi qrupları investisya layihələrini müəyyənləşdirərək tranzit marşurutlarını genişləndirlməklə əlavə yük tranziti, logistika xidmətlərinin genişlənməsinə töhfə verə bilər. Azərbaycanla ABŞ arasında əməkdaşlığı genişləndirməklə enerji və infrastruktura investisyaları cəlb etmək , yeni texnoloigiyaların idxal olunması, rəqəmsal infrastruktur və süni intelektin tətbiq edilməsinin genişləndirlməsi mümkündür. Bu da ölkəmizin iqtisadi inkişafına özünün müsbət təsirini göstərəcəkdir. Hesab edirəm ki, Azərbaycan-ABŞ əməkdaşlığının genişləndirilməsi rəqəmsal infrastruktur üzərində qurulmuş iqtisadiyyatın şaxələndirlməsinə imkanlar açacaq”.

Deputatın sözlərinə görə, İşçi qrupların fəaliyyətə başlaması ilə regionda gərginliyin azalması, sərhədlərin və kommunikasiya yollarının açılması iqtisadi fəaliyyət üçün müsbət siqnal ola bilər, söhbət turistik, tranzit, ticarət, sərmayə üçün mühitin yaxşılaşmasından gedir: “Məsələn, ABŞ-ın açıqlamasında vurğulanır ki, bu cür təşəbbüslər özəl investisiyanı cəlb edəcək və bölgədə yeni rifah dövrünü aça bilər.

A.Badamov əlavə edib ki, ABŞ İşçi qrupları yaratmaqla Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış sülh gündəliyinin davamlı olmasına və bu sülh gündəliyini geniş əməkdaşlıq imkanları ilə möhkəmləndirməyə çalışdığını bir daha göstərmiş olur.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri