İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? Qalmaqal yaradan olay...+VİDEO
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Şikayətim Emin bəydəndir. Emin bəy bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox onlarla əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı. Hissə-hissə həmin məbləği onlardan alsam da 2 min manat vəsaitimi ödəmirlər. Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq pul əvəzinə yalan vədlər verirlər”.
Turkustan.az xəbər verir ki, bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib:
“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.
Emin adlı şəxs isə iddialara cavab olaraq məsələnin araşdırılacağını bildirib. Özünü “Dalğa Beach”-in mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Ramal İsayev şikayətçi ilə danışdıqlarını və ödənişi edəcəklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















