Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

İşçilərin yemək xərcləri vergiyə cəlb olunurmu? Rəsmi İZAH

İşçilərin yemək xərcləri vergiyə cəlb olunurmu? Rəsmi İZAH

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

ƏDV qeydiyyatında olan "A" MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan "Yeməkxana" adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır.

Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?

Milli.Az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.

Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində müəyyən edilib.

Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.

Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.

Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.

İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.

Aysel Əkbər
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri