Icma.az
close
up
RU
İşdə töhmət alanların NƏZƏRİNƏ: Bu halda… KONKRET

İşdə töhmət alanların NƏZƏRİNƏ: Bu halda… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Əmək münasibətlərində intizam tənbehi kimi tətbiq olunan töhmət, bir çox hallarda işçilər üçün gələcək karyera imkanları ilə bağlı suallar doğurur. Bəs töhmət alan şəxs sonradan başqa yerdə işləmək hüququndan məhrum edilə bilərmi? Bu cür halların qanunvericilikdə hansı hüquqi nəticələri var və işəgötürənlər töhməti əsas gətirərək işçinin əmək fəaliyyətinə mane ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Əmək Məcəlləsinə əsasən töhmət işəgötürən tərəfindən tətbiq olunan intizam tənbehidir və yalnız həmin iş yeri çərçivəsində hüquqi nəticə doğurur.

“Töhmət nə cinayət, nə də inzibati məsuliyyət hesab olunur və bu səbəbdən işçinin gələcək əmək fəaliyyətinə “qara siyahı” effekti yaratmır. Töhmət yeni işə qəbul zamanı hüquqi maneə sayılmır və əvvəlki rəhbərlik tərəfindən digər işəgötürənlərə ötürülə bilməz. Yalnız bəzi xüsusi sahələrdə — dövlət qulluğu, məhkəmə sistemi, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında intizam məsuliyyəti etik və reputasiya meyarı kimi qiymətləndirilə bilər. Lakin bu hallarda belə təkcə töhmət avtomatik olaraq başqa yerdə işləməyə qadağa yaratmır”.

Turan Abdullazadə əlavə edib ki, əgər işçi intizam pozuntusuna görə Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən çıxarılıbsa, bu artıq əmək müqaviləsinə xitam verilmə səbəbi kimi gələcək iş imkanlarına mənfi təsir göstərəcək.

Bununla yanaşı, hüquqşünas vurğulayıb ki, işəgötürənin töhməti əsas gətirərək işçiyə təzyiq göstərməsi, onun başqa yerdə işləməsinə mane olması və ya arayışlar və şifahi məlumatlar vasitəsilə reputasiyasını qəsdən zədələməsi qanunsuzdur.

Beləliklə, qanunvericiliyə əsasən töhmət yalnız daxili intizam tədbiridir və işçinin başqa müəssisədə çalışmaq hüququna heç bir hüquqi məhdudiyyət yaratmır.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri