Icma.az
close
up
RU
İşdən çıxarılan baş memarın ŞOK sərvəti üzə çıxdı KONKRET

İşdən çıxarılan baş memarın ŞOK sərvəti üzə çıxdı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı bahalı avtomobillər və daşınmaz əmlak mövcuddur.

Siyahıda yer alan nəqliyyat vasitələri arasında müxtəlif markalı avtomobillər üstünlük təşkil edir. Söhbət Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyevdən gedir. Onun adı ötən il Sumqayıtda “alma davası” üzərindən medianın diqqət mərkəzinə düşmüşdü. Rəşad Əhmədalıyev şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsinə rəhbərlik etmişdi. Bu isə sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaratmış, nəticə etibarı ilə Rəşad Əhmədalıyev tutduğu postdan uzaqlaşdırılmışdı.

Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.

Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var. Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat ahqda daha müfəssəl məlumatlar var. Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş Hyundai Santa Fe, Lexus (yeni model), Range Rover (iki fərqli yeni model), Toyota Camry və Chevrolet markalı cip tipli avtomobillər var. Bildirilir ki, bu avtomobillərin hamısı qara rəngdədir. Bununla yanaşı, iddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur. Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb? Mənbələrin iddiasına görə, bu avtomobillərin hamısı qara rəngdədir ki, bu da bir növ “status simvolu” kimi təqdim olunur.

Amma məsələ təkcə avtomobillərlə bitmir. Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, “budka” kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur. Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir. Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri