Icma.az
close
up
RU
“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu gün azad Qarabağda 53 mindən artıq insan məskunlaşıb ki, onlar da hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib. İşçi qrup, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə naziri Teymur Musayevin əmri ilə yaradılıb.

XQ quruma istinadən xəbər verir ki. iclasa Səhiyyə Nazirlyinin Aparatı, Müdafiə və Fövqəladə Hallar Nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki xüsusi nümayəndəliklərinin nümayəndələri qatılıb.

İşçi qrupunun əsas məqsədləri aşağıdakılardır: “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcud mülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən və planlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması; Köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaq tibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi;

Mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması; Tibb müəssisələrinin kadrlarla təmini və tibbi heyətin fəaliyyətinin stimullaşdırılması; Əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması; Əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması; Sanitar aviasiyasından və teletibb imkanlarından istifadə perspektivlərinin qiymətləndirilməsi.

Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində səhiyyə sahəsinə xüsusi önəm verildiyini vurğulayaraq qeyd edib: “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili istiqamətində görüləcək tədbirlər Böyük Qayıdış proqramının uğurlu icrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”.

Nazir, həmçinin bildirib ki, nazirlik bu mühüm layihənin həyata keçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək və müvafiq qurumlarla sıx əməkdaşlıq edəcək.

İşçi qrupunun, qarşıda duran məsuliyyətli vəzifələri yerinə yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq, ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa və yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşfiq Mirzə
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri