Icma.az
close
up
RU
İSİ nin gənc alimi Prezident mükafatına layiq görülüb

İSİ nin gənc alimi Prezident mükafatına layiq görülüb

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi Rüstəm Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2025-ci il tarixli “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamına əsasən Prezident mükafatına layiq görülüb.

"Unikal" xəbər verir ki, sözügedən mükafat Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə verilib.

Əzimov Rüstəm Bakir oğlu 1999-cu il mayın 26-da İmişli şəhərində anadan olub. 2016-cı ildə Bakı şəhəri E.Cəlilov adına 272 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. O, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Biznesin idarə olunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi” üzrə tədris proqramının “Sistem mühəndisliyi” ixtisası üzrə bakalvr ali peşə-ixtisas dərəcəsini bitirib. 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisasında “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2022-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir.

R.Əzimov 2020-ci ildən etibarən institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasında böyük laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində işləyir. O, İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavinidir.

Gənc alim, həmçinin ADNSU “eazi START” startap mərkəzində mobil tətbiqlərin hazırlanması üzrə təcrübə proqramında olmuş, “Azİİ-İT Club” mərkəzində təşkil olunan 3 ardıcıl təlimdə iştirak etmişdir. Bundan başqa “data science” sahəsində təcrübə proqramında və “R dilində Maşın Öyrənməsi” təlimində iştirak edib. O, 2 məqalə, 2 konfrans materialı, 2 tezis olmaqla 6 elmi əsərin müəllifidir. Müvafiq elmi işlərində Azərbaycan dilindəki çap əlyazma hərflərinin tanınması nümunəsində şəkillərin tanınması məsələlərində istifadə olunan bəzi əlamətlərin müqayisəsini aparmışdır. O, proqramlaşdırma üzrə təkmilləşmiş, Python, Java, C++ dillərində alqoritmlər işləmiş, birinci tərtib sonlu ölçülü şərtsiz optimallaşdırma üsullarından bəzilərinin proqramlarını işləyib hazırlamışdır. Süni Neyron Şəbəkə, Bükülmə Neyron Şəbəkə, klasterizasiya üsulları haqda biliklərə sahibdir. Hazırda şəkillərin emalında istifadə olunan fərqli yanaşmaları araşdırır.

Qeyd edək ki, 6 dekabr 2024-cü il tarixində İdarəetmə Sistemləri institutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Rüstəm Əzimov 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Azərbaycan dilindəki mətnlərin müəllifliyini identifikasiya edən kompüter sistemi üçün alqoritm və proqram təminatının işlənilməsi” (“Development of algorithm and software for a computer system identifying the authorship of texts in the azerbaijan language”) mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiya işi uğurla müdafiə etmişdir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri