İŞİD in yüksək rütbəli üzvü Türkiyə və Pakistanın birgə əməliyyatı ilə saxlanıldı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Pakistan və Əfqanıstan sərhədində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının rəhbərlərindən biri ələ keçirilib.
Milli.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.
Mənbəyə əsasən, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Pakistan kəşfiyyat xidmətlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən əməliyyat zamanı "narıncı kateqoriya" üzrə axtarışda olan İŞİD liderlərindən biri - Özgür Altun yaxalanıb.
Məlumatda bildirilir ki, MİT-in araşdırmaları nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı fəaliyyətlər ifşa olunub. Əməliyyat zamanı terrorçuların cəlb olunma prosesi üzə çıxarılıb, təşkilata aid olan rəqəmsal materiallar və əməliyyat planları ələ keçirilib.
Bu əməliyyat İŞİD-in regiondakı fəaliyyətinə ciddi zərbə kimi qiymətləndirilir.
Kənan
Milli.Az
Baxış sayı:121
Bu xəbər 01 İyun 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















