“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı “OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına vəsait ayırıb. SİA xəbər verir ki, müşahidə və subyektiv kamera üsulları ilə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan “İşığa doğru” sənədli filmində hadisələr Qarabağın işğaldan azad olunmuş ərazilərində cərəyan edir.
Sübh tezdən ata, oğul və qardaşoğlu illər sonra işğaldan azad olunmuş kəndlərinə doğru yola çıxırlar. Bu səfər zamanı onlar müharibənin törətdiyi dağıntılar altından 30 il əvvəl itirdiklərini – doğmalarının məzarını, uşaqlıqlarını, gəncliklərini, bir sözlə, keçmişin izlərini axtarırlar...
Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















