Icma.az
close
up
RU
İşıqla bağlı yeni qərar Nələr dəyişəcək?

İşıqla bağlı yeni qərar Nələr dəyişəcək?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

60 Vt və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilir. Bəs qanunun məqsədi nədir? Qadağan edilən lampaları nələr əvəz edə bilər?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nafiq Həmzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, qanunun əsas məqsədi enerji səmərəliliyini artırmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir:

“Közərmə lampaları enerji baxımından səmərəsizdir, çünki onların istehlak etdiyi enerjinin böyük bir hissəsi istilik şəklində itirilir. Bu səbəbdən onların istifadəsinin məhdudlaşdırılması enerji istehlakını azaltmağa və karbon emissiyalarını minimuma endirməyə kömək edir. Qadağa qüvvəyə mindikdən sonra közərmə lampalarını əvəz edə biləcək alternativlər arasında bunlar var:

1. LED lampalar: enerji baxımından ən səmərəli seçimdir. Onlar daha uzun ömürlüdür və daha az enerji sərf edir.

2. Kompakt floresan lampalar (CFL): əvvəlki közərmə lampalarına nisbətən daha az enerji sərf edir və daha uzun müddət istifadə edilə bilər.

3. Halogen lampalar: közərmə lampalarına bənzər işıq keyfiyyəti təqdim edir, lakin daha az enerji sərf edir”.

Millət vəkili qeyd edib ki, bu dəyişikliklər istehlakçıların elektrik enerjisi xərclərini azaltmağa və daha ekoloji cəhətdən təmiz işıqlandırma texnologiyalarına keçid etməyə də imkan yaradacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri