İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazır olduğunu bildirib
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Hazırkı UFC yarımyüngül çəki çempionu, 34 yaşlı rusiyalı İslam Mahaçev yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorla döyüş üçün ilkin razılıq verib.
İdman.Biz bildirir ki, söhbət boks döyüşündən gedir.
"Maqreqor məsələsi hələ də həll olunmayıb. Hal-hazırda yeni bir hekayəmiz var. Bu yaxınlarda Zuffa Boks tədbirinə getdim və Turki Əl-Şeyx orada idi. O, Konora zəng edib bokslaşıb-bokslaşmayacağımızı soruşdu. Mən dedim ki, "Əlbəttə, olacaq. Dana Uaytdan soruş". Dana yaxınlıqda oturmuşdu. Danışmaq üçün həqiqətən fürsətimiz olmadı, amma niyə olmasın? Özümü yüksək səviyyəli boksçu hesab etmirəm, amma mütləq istənilən döyüşçüyə qarşı çıxa bilərəm", - Mahaçev deyib.
Bu mövzuda digər xəbərlər:İslam Maxaçevdən Makqreqorla bağlı gözlənilməz AÇIQLAMA
23 Dekabr 2025 20:57
İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO
23 Sentyabr 2025 06:22
İslam Mahaçev: “Ağ Evdə döyüşmək istərdim”
14 Yanvar 2026 05:09
İslam Mahaçev Yan Qarri ilə döyüşməyəcək
02 Mart 2026 19:43
İslam Mahaçev yeni rekorda imza atdı
16 Avqust 2026 17:23
Baxış sayı:135
Bu xəbər 13 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















