Icma.az
close
up
RU
İslama görə ölünün qəbrinin yeri dəyişdirilə bilərmi?

İslama görə ölünün qəbrinin yeri dəyişdirilə bilərmi?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan hökuməti böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarını Suriyadan ölkəyə gətirmək üçün Suriya tərəfi ilə ilkin danışıqlar aparıb.

Suriyanın Hələb şəhərində yerləşən məzar, uzun müddət davam edən münaqişə səbəbindən zərər görüb.

Bəs İslam dinində qəbrin köçürülməsi necə qəbul edilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qəbrin açılması qadağandır, amma zəruri hallarda qəbri köçürmək istisnadır:

“Məhkəmə-tibbi ekspertiza prosesi üçün, təmir-tikinti ilə əlaqədar köçürmə, təhlükəli məkandan uzaqlaşdırmaq kimi hallarda məzarı açmaq olar. İmaddədin Nəsimi xalqımızın böyük şairidir.

Taleyin hökmü ilə o indiki Suriyada dəfn olunub. Əgər orada onun məzarı üçün real təhlükə varsa gətirilməsinə əsas yaranır. Yox, əgər təhlükə yoxdursa, subyektiv fikrimə görə gətirmək doğru olmaz. Çünki o məzar orada Azərbaycanı, Azərbaycan ədəbiyyatını tanıdır. 

Turistlər, ziyarətçilər gedir və onun sayəsində xalqımızı, dövlətimizi tanıyır. Habelə mədəniyyətimizin, ədəbiyyatımızın haralara gedib çxıdığının əyani sübutudur”.

Onun sözlərinə görə, əgər risk varsa, məzarın gətirilməsi nəzərdən keçirilə bilər:

“Hazırda da Suriyaya normal hakimiyyət gəlib. Bir qədər də normallaşma yaranandan sonra vətəndaşlarımız gedib orada ziyatət edə bilər. Mən 2002-ci ildə Hələbdə Nəsiminin məzarını ziyarət etmişəm, nəslinin nümayəndələri ilə görüşmüşəm. Dəfn olunduğu məhlənin əsas küçəsi də Nəsiminin adı ilə adlanır. 

İndiki halında isə müharibədə türbəyə müəyyən zərər dəysə də, tam dağllmadığı əks olunur. Zənnimcə, qəbirüstü abidəsinin, tikilinin təmir edilməsində dövlətimiz təşəbbüs göstərə bilər. Yox, əgər bizim bilmədiyimiz, yalnız dövlətə məlum olan təhlükə ehtimalları varsa, məzarın gətirilməsi məsələsinə də baxıla bilər”.

İlahiyyatçı qeyd edib ki, dahilərin dəfn olunduğu yerdə qalması onların beynəlxalq təmsilçiliyini davam etdirmək baxımından daha doğrudur:

“Ümumiyyətlə, tanınmış simalarımızın qəbirdən çıxarılıb gətirilməsinə müsbət yanaşmıram. Ona qalsa Gürcüstanda, Avropada, başqa ölkələrdə dəfn olunmuş çoxsaylı dahilərimiz var, məgər onlar da gətirilməlidirmi? O dahilər sağlığında xalqımızı oralarda tanıtdıqları, təmsil etdikləri kimi indi də qəbirləri ilə tanıdırlar, təmsil edirlər.

Onları bu təmsilçilikdən məhrum etmək olmaz. Qoy dünya görsün ki, Azərbaycan xalqının yetirdiyi dahilər haralarda yaşayıb - yaradıblar, hətta ömürlərini də o yerlərdə başa vurublar”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Ölü qəbir Tural İrfan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri