“İslami Cihad”ın nümayəndə heyəti Qəzza danışıqlarında iştirak etmək üçün Dohaya gedəcək AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fələstinin “İslami Cihad” hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs danışıqlarında iştirak etmək üçün bu gün Qətərin paytaxtına gedəcəklər.
“Report” xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.
“Bu axşam “İslami Cihad”ın yüksək səviyyəli nümayəndə heyəti atəşkəs sazişinin son detallarını müzakirə etmək üçün Dohaya gələcək”, – sənəddə deyilir. Nümayəndə heyətinin tərkibi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, hazırda Dohada Qəzza üzrə növbəti danışıqlar raundu keçirilir. Qətər XİN-in nümayəndəsi və “İslami Cihad”ın müttəfiqi olan HƏMAS hərəkatı, demək olar, eyni vaxtda məsləhətləşmələrin yekun mərhələyə çatdığını açıqlayıblar.
Dohadakı hazırkı raundun başa çatmasından sonra danışıqçılar Qahirədə bir neçə görüş keçirəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Yanvar 2025 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















