İslandiya Azərbaycan oyununun hakimi ikinci dəfə millilərin seçmə mərhələ matçına təyinat alıb
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
DÇ-2026-nın seçmə mərhələsində İslandiya - Azərbaycan oyununu idarə ədəcək baş hakim Sander van der Eyk 2022-ci ildən UEFA turnirlərinə təyinat alır.
"Report"un məlumatına görə, 31 yaşlı ədalət təmsilçisi indiyədək Azərbaycan komandalarının matçlarında iş başında olmayıb.
FIFA referisi karyerasında ikinci dəfə əsas milli komandaların seçmə mərhələ qarşılaşmasını idarə edəcək. O, ilk dəfə 2023-cü ildə AVRO-2024-ə vəsiqə uğrunda Slovakiya - Lixtenşteyn (3:0) görüşünə təyinat alıb.
Niderlandlı hakim karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında təsnifat mərhələsinin qarşılaşmalarında iştirak edib.
Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















