Icma.az
close
up
RU
İslandiya və Ukrayna ilə oyunlarda uğurlu nəticə qazanmaq istəyirik Fernandu Santuş

İslandiya və Ukrayna ilə oyunlarda uğurlu nəticə qazanmaq istəyirik Fernandu Santuş

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş dünya çempionatının seçmə mərhələsində İslandiya və Ukrayna yığmaları ilə keçiriləcək oyunlardan öncə mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis seçimi ilə bağlı sualları cavablandırıb.

O, ilk öncə "Qarabağ"ı Çempionlar Liqasındakı uğuruna görə təbrik edib və Ağdam klubunun Liqa mərhələsindəki şanslarını dəyərləndirib: ""Əvvəlcə "Qarabağ"ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu uğur Azərbaycan və klub üçün vacib nəticədir. Hər kəs bu ölkədən danışacaq. Liqa mərhələsində asan olmayacaq. "Qarabağ" layiqli şəkildə əsas mərhələyə vəsiqə qazandı. Əminəm ki, onlar qarşıdakı oyunlarda da gözəl çıxış edəcəklər. Lakin neçə xal yığacaqları barədə nəsə deyə bilmərəm".

Mətbuat konfransında yığmanın heyətini açıqlayan portuqaliyalı mütəxəssis bildirib ki, milliyə dəvət alan futbolçular daimi olaraq klublarında əsas heyətdə çıxış etməlidirlər: "Əlimizdə olan oyunçularla uğur qazanmaq istəyirik. Onların davamlı şəkildə oynaması mənim əsas məqsədimdir. Bədavi Hüseynov son vaxtlar "Qarabağ"da oynamadığı üçün toplanışa dəvət almadı. Onun xətrini çox istəyirəm. Gələcəkdə yenidən yığmada görə bilərik. Vüsal İsgəndərli və Mehdi Cənnətov isə sənədlərində problem olduğu üçün milliyə dəvət almayıblar”.

Baş məşqçi qarşıdakı iki oyunda uğurlu nəticələr əldə etmək istədiklərini söyləyib: "Son toplanışdan sonra gördüm ki, oyunçular istəklidirlər. Eyni səviyyədə davam edəcəklərinə inanıram. Bütün Azərbaycan xalqı bizdən qələbə gözləyir. Buna inanıram".

Santuş İslandiya yığmasının komplektləşmiş komanda olduğunu vurğulayıb: "Çox təcrübəli və keyfiyyətli futbolçuları var. Müdafiədən yaxşı hücumlar qururlar. Topsuz olanda isə daha aqressiv olurlar. Köməkçilərimlə birlikdə rəqibin bir neçə matçına baxmışıq. Güclü və zəif nöqtələrini bilirik. Meydanda 4-3-2-1 taktikası ilə çıxış edirlər. Ukraynaya gəlincə, güclü komandadır. Bizim üzərimizə düşən iş hər iki rəqibi yaxşı analiz edib, uğurlu nəticə qazanmaqdır".

Mütəxəssis legioner limitinin ləğvi haqqında fikir bildirmək istəməyib: "Bu, mənə aid olan məsələ deyil".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiya, 9-da isə evdə Ukrayna ilə qarşılaşacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri