İsmayıllıda su anbarı ətrafına peyin və zibil töküldü: Üfunətdən dayanmaq mümkün deyil
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarı ətrafında yaranmış antisanitar vəziyyət bölgə sakinlərinin haqlı narahatlığına səbəb olub.
Oxu.Az-a ünvanlanan müraciətdə vurğulanıb ki, gölün ətrafına nəzarət edən yoxdur.
"Əraziyə peyin və məişət tullantıları atılıb. Nə təmizləyən, nə də baxan var. Belə gözəl mənzərəli yerə gəlirsən, ancaq oradakı üfunətdən nəfəs almaq mümkün deyil", - deyə şikayətdə bildirilir.
Problemlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şikayət nəzərə alınaraq su anbarının ətrafı tam təmizlənib və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.
"Həmçinin bildiririk ki, Aşıqbayramlı su anbarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansındadır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Baxış sayı:134
Bu xəbər 12 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















