Icma.az
close
up
RU
Feminizm ədəbiyyatın ən qatı düşmənidir Markesi yumruqlayan

Feminizm ədəbiyyatın ən qatı düşmənidir Markesi yumruqlayan

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nobel mükafatı laureatı, Latın Amerikası ədəbiyyatının nüfuzlu simalarından biri – Mario Varqas Llosa 89 yaşında vəfat edib. O, 1960–70-ci illərin Latın Amerikasında başlayan "boom" cərəyanının sonuncu böyük nümayəndəsi hesab olunurdu.

Modern.az xatırladır ki, 1936-cı ildə Perunun Arequipa şəhərində doğulan Varqas Llosanın həyatı uşaq yaşlarından sarsıntılarla dolu olub. Valideynlərinin ayrılması, Boliviyada keçən uşaqlıq illəri və 10 yaşında yenidən Peruyə qayıdışı onun gələcək yaradıcılığına dərin izlər buraxıb. Cəmi 16 yaşında ilk pyesini yazıb.

Yazarın 1962-ci ildə nəşr edilən ilk romanı - “Qəhrəmanın zamanı” Peru hərbi məktəblərində baş verən korrupsiya və zorakılıqlara toxunduğu üçün mübahisələrə səbəb olmuşdu. Kitabın prototipi olan Leoncio Prado Hərbi Akademiyası əsərin 1000 nüsxəsini öz ərazisində yandırmaqla etirazını bildirmişdi.

Əvvəllər sol ideologiyalara simpatiya bəsləyən Varqas Llosanın fikirlərində zamanla dəyişiklik olub və 1990-cı ildə mərkəz sağ “Demokratik Cəbhə” blokundan Peru prezidentliyinə namizədliyini irəli sürüb. O, seçkilərdə rəqibi Alberto Fujimoriyə uduzub.

Öncədən Fidel Kastro rejimini dəstəkləyən yazıçı 1971-ci ildə şair Heberto Padillanın həbsi ilə bu fikrindən daşınıb və kommunist ideologiyalara tənqidi yanaşmağa başlayıb.

2010-cu ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülən Varqas Llosa Qabriel Qarsia Markesdən sonra bu şərəfə nail olan ilk cənubi amerikalı yazıçı idi. Nobel Komitəsi onun "fərdin müqaviməti, üsyanı və məğlubiyyəti" mövzularına toxunmasını və siyasi-ictimai güc strukturlarını təhlil etməsini yüksək qiymətləndirmişdi.

Buna baxmayaraq, Llosa son illərdə verdiyi bəzi açıqlamalarla tənqid obyektinə çevrilmişdi. O, 2018-ci ildə feminizmi "ədəbiyyatın ən qatı düşməni" adlandırması və 2019-da jurnalist ölümlərinin artmasını “azad medianın nəticəsi” kimi təqdim etməsi ilə gündəmi zəbt etmişdi.

Varqas Llosanın Markeslə davası da ədəbiyyat camiəsində ən çox müzakirə olunan mövzulardandır. O, 1976-cı ildə Mexiko şəhərində keçirilən bir tədbirdə Varqas Markesin sifərinə yumruqla zərbə endirib və onun gözünün altını göyərdib. Onlar uzun illər dost olsa da, bu dava onların dostluğunun sonu olub.

Hadisənin səbəbləri barədə müxtəlif versiyalar mövcuddur. Bəzi mənbələrə görə, Llosanın həyat yoldaşı Patrisia ilə yaşadığı ailəvi problemlər və Markesin bu məsələyə müdaxiləsi qarşıdurmaya səbəb olub.​ Digər versiyalara görə, onlar arasında fikir ayrılığı Kuba rejimi və Fidel Kastroya münasibətlərinə görə yaranıb. Hər iki yazar hadisənin səbəbləri barədə ictimaiyyətə açıqlama verməkdən imtina edib. Varqas Markesin ölümündən sonra da bu mövzu barədə danışmayacağını bildirib.

2015-ci ildə 50 illik həyat yoldaşını tərk edən Llosa daha sonra ispaniyalı aparıcı İsabel Preysler (Enrike İqlesiasın anası) ilə münasibət qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri