Icma.az
close
up
RU
İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır

İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır

Icma.az, Milli.az saytına istinadən bildirir.

İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niyyətindədir və "Bumeranq-model" konsepsiyası təklif edir.

Bunu İspaniyanın İqtisadiyyat, Ticarət və Sahibkarlıq Nazirliyinin ticarət üzrə dövlət katibi Amparo Lopes Senovilya martın 11-də Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

İspan dövlət katibi qeyd edib ki, bu çoxdan gözlənilən səfər Azərbaycan və İspaniya arasında münasibətlərin dərinləşməsi üçün unikal bir fürsət olub.

"Mən əminəm ki, bizim əməkdaşlığı inkişaf etdirməyimiz üçün müstəsna perspektivlərimiz var. Ticarət tərəfdaşlığı ilə yanaşı, bizim ümumi dəyərləri, meyilləri və tamamlayıcılığı əks etdirən biznes-tərəfdaşlığın üzvləri olaraq əməkdaşlığımızın möhkəmləndirilməsini son dərəcə vacib hesab edirəm".

Senovilyanın sözlərinə görə, digər tərəfdən, Azərbaycan son illər irimiqyaslı layihələr gerçəkləşdirir və karbonsuzlaşdırma istiqamətində ambisiyalı kurs götürüb.

"Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün son dərəcə mühüm olan enerji infrastrukturunun inkişafında aparıcı rol oynayıb və Orta dəhlizin inkişafında əhəmiyyətli uğurlara nail olub. Xəzər-Avropa "yaşıl" enerji dəhlizi, Orta qaz dəhlizi kimi təşəbbüslər onu karbonsuzlaşdırma səylərində Avropanın mühüm strateji tərəfdaşlarından birinə çevirib.

Digər tərəfdən, İspaniya Avropa İttifaqının ən iri və ən sürətlə inkişaf edən iqtisadiyyatlarından sayılır. Bizim ölkə bərpa olunan enerji, infrastruktur, nəqliyyat və rəqəmsallaşdırma kimi sferalarda dünya lideridir. Bizim coğrafi mövqeyimiz və tarixi əlaqələrimiz hesabına İspaniya Afrika və Latın Amerikası ilə biznesin aparılması üçün ideal platformadır. Biz Azərbaycanla bu və digər sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə can atırıq", - deyə o bildirib.

İspaniyanın ticarət üzrə dövlət katibi, həmçinin, cari səfər çərçivəsində Azərbaycan Respublikası və İspaniya Krallığı arasında strateji iqtisadi əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladıb.

"Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və İspaniya arasında müvafiq institutlar arasında qarşılıqlı əməkdaşlığı və müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasını əhatə edən bütün strateji iqtisadi sahələrdə əməkdaşlığa dəstək verməkdir. Biz investisiyaları, kapitalın, malların və xidmətlərin hərəkətini təşviq edəcəyik. Azərbaycan İqtisadiyyat Nazirliyi və mənim təmsil etdiyim İspaniyanın İqtisadiyyat, Ticarət və Sahibkarlıq Nazirliyi arasında mühüm məsələlərin müzakirəsi üçün çox faydalı olacaq Strateji İqtisadi Dialoq təsis edilib", - deyə Senovilya qeyd edib.

İspaniyalı məmurun fikrincə, İspaniya və Azərbaycan arasındakı cari ticarət əlaqələri (2022-ci ildə ikitərəfli ticarət dövriyyəsi bir milyard avronu ötsə də, növbəti illərdə bu göstərici aşağı düşüb) öz həqiqi potensialından çox uzaqdır. Azərbaycan həm Avropa və Asiyanı birləşdirən logistik qovşaq kimi, həm də enerji təhlükəsizliyi məsələlərində mühüm tərəfdaş və mütəffiq olaraq İspaniyanın strateji tərəfdaşıdır.

"Energetika gələcəkdəki iqtisadi münasibətlərimizdə hər iki ölkədə yaşıl keçidlə bağlı əsas istiqamət olaraq qalmalıdır. Azərbaycan hökumətinin karbonsuzlaşdırma planlarına mükəmməl şəkildə uyğun gələn, bərpa olunan enerji sahəsində rəqabətədavamlı ispan şirkətləri mövcuddur. Kənd təsərrüfatı sənayesi də maraq doğurur, bunu AGRAGEX-in (İspaniyanın Kənd Təsərrüfatı Texnikası və Aqrar Resursların İxracatçıları Assosiasiyası) nümayəndələrinin Azərbaycana son səfəri sübut edib. Dəmir yolu nəqliyyatı, su təmizləmə, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahələrində İspaniya şirkətləri yüksək nailiyyətlər əldə ediblər və Azərbaycanda böyük layihələri həyata keçirməyə hazırdır. Şəhərlərin inkişafı - Qarabağ bölgəsinin bərpası prosesinə mükəmməl şəkildə uyğun olan daha bir güclü sahəmizdir", - deyə İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi bəyan edib.

O qeyd edib ki, İspaniya Ticarət Palatası və İspaniya Sahibkarlıq Təşkilatlarının Konfederasiyasının başçılığı altında iyirmidən çox ispan şirkəti Azərbaycan-İspaniya biznes-forumunda iştirak ediblər.

"İspaniyanın prizmasından baxdıqda bu, böyük uğurdur. Mən əminəm ki, bu hadisə qarşıdakı illərdə İspaniya və Azərbaycanda gələcək ikitərəfli işgüzar görüşlərdə və ticarət missiyalarında bir dönüş nöqtəsi olacaq. Biz bütün vacib sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək Strateji iqtisadi dialoqun yeni strukturunun potensialına tam əminik.

AZPROMO və Azərbaycan tərəfindən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə İspaniyanın Ticarət və İnvestisiya Agentliyi (ICEX), İspaniya Sahibkarlar Konfederasiyası (CEOE) və İspaniya Ticarət Palatası arasında əməkdaşlığın genişləndirilməsi bir çox vacib sahələrdə yeni təşəbbüslərin hazırlanmasında fundamental rol oynayacaq.

Biz Azərbaycanda ispan şirkətlərinin biznes fəaliyyətini təşviq etmək üçün İspaniyanın İxrac Kredit Agentliyinin (CESCE) və İnkişafın Maliyyələşdirilməsi üzrə İspaniya Şirkətinin (COFIDES) daha aktiv fəaliyyətinə dəstək olacağıq. Nazirliyimiz, həmçinin, İspaniyanın Beynəlxalq Korporativ Genişlənmə üzrə Rəsmi Fondunun (FIEM adı ilə tanınır) maliyyə resurslarından istifadə edərək, ispan şirkətləri tərəfindən həyata keçirilən potensial layihələri dəstəkləməyə hazırdır. Bu alət yüksək çevikliyə malikdir və həm Azərbaycan dövlət, həm də özəl qurumlarının maraqlarına xidmət edən ticarət və investisiya əməliyyatlarına maliyyə dəstəyi göstərə bilir", - deyə Lopez Senovilya qeyd edib.

O, həmçinin, əlavə edib ki, Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) İspaniya iqtisadiyyatına yüksək səviyyədə etibar nümayiş etdirir.

"Biz bunun üçün son dərəcə minnətdarıq və ümid edirik ki, bizim iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi hesabında Azərbaycanın İspaniyaya investisiyaları artmaqda davam edəcək. Biz yeni investisiya imkanlarının üzə çıxarılması üçün SOFAZ nümayəndələrinin İspaniyaya tanışlıq xarakteri səfərini təşkil etməyə şad olardıq.

Bundan əlavə, bizi ikitərəfli investisiyalar modeli, yəni "bumeranq modeli" çox maraqlandırır. Mən əminəm ki, bu yanaşma ispan şirkətləri üçün böyük potensiala malikdir. Bu kontekstdə, COFIDES tərəfindən idarə olunan yeni yaradılmış dövlət fondu FOCO (Birgə İnvestisiya Fondu) ilə İspaniyada birgə investisiya imkanlarını araşdırmağa hazırıq. FOCO-nun məqsədi beynəlxalq investorlarla bərabər maliyyələşdirmə şərtləri əsasında özəl şirkətlərə birgə sərmayə qoymaq yolu ilə "yaşıl" və rəqəmsal keçidə, həmçinin, yeni texnologiyaların inkişafına töhfə verən strateji sahələrin potensialını maksimum dərəcədə aşkara çıxarmaqdır.

COFIDES artıq Azərbaycanda ispan şirkətlərinin investisiya layihələrinə dəstək vermək təcrübəsinə malikdir və hər iki istiqamətdə SOFAZ ilə birgə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır", - deyə Senovilya sonda qeyd edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri