İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Espanyol" "Barselona" ilə matçdan öncə əlavə təhlükəsizlik tədbirləri barədə açıqlama yayıb.
QOL.az xəbər verir ki, klub hər iki qapının arxasında qoruyucu torların quraşdırılacağını bildirib. Bu addım azarkeşlərin "Barselona"nın qapıçısı Joan Qarsiyaya yad cisim atmasının qarşısını almaq məqsədini daşıyır. Bundan başqa, stadiona giriş zamanı yoxlamaların gücləndiriləcəyi, xüsusilə böyük və bel çantalarına məhdudiyyətlərin qoyulacağı vurğulanıb.
Məlumata görə, klub həmçinin rəqib komandanın formasında və simvolikasında olan şəxslərin tribunlara buraxılmayacağını elan edib.
Qeyd edək ki, yayda "Espanyol"a keçən qolkiper üçün bu, sabiq komandası ilə ilk matçı olacaq. Qarşılaşma 3 yanvar tarixində baş tutacaq.
Xatırladaq ki, iyun ayında "Espanyol"dan "Barselona"ya keçid edən futbolçunun cari müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Bu keçid ərəfəsində futbolçunun mobil telefonuna təhqirlər və təhdidlər göndərilib, naməlum nömrələrdən saysız zənglər gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















