İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasında əla çıxış etməsi “Qarabağ”ın oyunçularına marağı artırıb. Xüsusilə qolçuluq bacarığını göstərən Kamilo Duran diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, bir neçə klubun transfer hədəfində olan 24 yaşlı kolumbiyalının indi də La Liqaya yollanmaq ehtimalı yaranıb.
Sosial şəbəkələrdəki xəbər qaynaqlarında Duranın “Jirona”ya yollanmaq variantından bəhs edilir. Klublardan bu barədə hər hansı açıqlama yoxdur, fərqli mənbələr isə eyni məlumatı paylaşır.
Yazılanlara inansaq, “Jirona” yayda ağdamlıların qapısını döyəcək. İspaniya təmsilçisi Kamilo üçün 12 milyon avro xərcələməyin əleyhinə deyil.
Qeyd edək ki, “Qarabağ” Duranı ötən yay Portuqaliya təmsilçisi “Portimonense”dən transfer edib. Kolumbiyalının 2028-ci ilin iyununadək müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Mart 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















