İspaniya millisinin baş məşqçisi: Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İspaniya minifutbol millisinin baş məşqçisi Asenxo Fernandes Fransisko Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
Oxu.Az xəbər verir ki, mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.
O, minifutbol üçün salınan meydançanın heyrətamiz olduğunu deyib:
"Təşkilatçılıqla bağlı hər şey idealdır, biz çox məmnunuq. Meydança heyrətamizdir. Könüllülər hər kəsə lazımi şəkildə kömək edirlər. Bir sözlə, hər şey yaxşıdır".
Baş məşqçi komandasının oyununu da qiymətləndirib:
"Ən mühüm olan odur ki, ilk oyunda qələbə qazandıq. Bu, komandada özünəinam yaradır. Deyə bilərəm ki, komanda yaxşı oyun göstərdi. Artıq növbəti qarşılaşmaya köklənəcəyik".
Qeyd edək ki, H qrupunun oyununda bu gün Qana ilə üz-üzə gələn İspaniya millisi 3:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 May 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















