İspaniya yeni sel təhlükəsinə hazırlaşır Xalq hökumətin istefasını tələb edir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, İspaniyaya təsir edən güclü yağışlar 1973-cü ildən bəri ən ölümcül daşqınlara səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkəni fəlakətə sürükləyən yağışlar ən azı 222 nəfərin həyatına son qoyub, infrastrukturu məhv edib.
Ölkə hələ yaralarını sağaltmamış halda, yağış xəbərdarlığı ilə yenidən sarsılıb.
Hələ də itkin düşənləri axtaran və hökumətin istefasını tələb edən xalq yenidən fəlakətə hazırlaşmağa başlayıb.
İspaniyanın Meteorologiya Agentliyi Aemet, Valensiya, Kataloniya və Əndəlus və Balear adalarının bəzi bölgələrində narıncı xəbərdarlıq elan edib.
Agentlik çox güclüdən şiddətli yağış və tufanlar barədə xəbərdarlıq edib.
Narıncı siqnal ikinci ən yüksək xəbərdarlıqdır və əhəmiyyətli meteoroloji hadisəni göstərir.
Hökumətin gördüyü tədbirləri qeyri-kafi hesab edən xalq yerli hökumətin istefasını istəyir.
Təxminən 100 nəfərlik qrup İspaniya kralının üzərinə palçıq və kürək ataraq onu təhqir edib, qatillər deyə qışqırıblar.
Ötən həftə sonu 100 mindən çox etirazçı küçələrə çıxaraq xəbərdarlıqlara məhəl qoymayan və tədbir görməyən yerli hökumət rəhbərlərinin istefası tələbi ilə nümayişlər keçirib.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















