İspaniyada 500 min miqranta “yaşıl işıq”
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya hökuməti ölkədə yaşayan minlərlə miqrantın leqallaşdırılmasına yönəlmiş fərmanı təsdiqləyib.
Milli.Az xəbər verir ki, bu barədə İspaniya hökumətinin rəsmi nümayəndəsi Elma Sais mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, sənəd ölkədə artıq yaşayan miqrantlar üçün fövqəladə leqallaşdırma prosesinə start verəcək.
Sais bildirib ki, sənəd üçün müraciət etmək istəyən şəxslər 1 yanvar 2026-cı il tarixindən əvvəl İspaniyaya daxil olmalıdır. Onun sözlərinə görə, müraciət zamanı şəxsin ölkədə ən azı 5 ay fasiləsiz yaşaması, məhkumluğunun olmaması və ictimai qayda və təhlükəsizlik üçün risk yaratmaması tələb olunur.
Qeyd edilib ki, təşəbbüs təxminən 500 min nəfəri əhatə edə bilər.
Xatırladaq ki, 2022-ci ildə "Esensiales" hərəkatı İspaniyada yarım milyona yaxın miqrantın leqallaşdırılması təşəbbüsünə dəstək məqsədilə təxminən 700 min imza toplandığını açıqlamışdı. Təşkilat bu şəxslərin əmək hüquqlarına, layiqli yaşayış şəraitinə, tibbi sığortaya və digər əsas ehtiyaclara çıxış əldə etməsinin vacibliyini vurğulamışdı.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Aprel 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















