ispaniyada 8 bölgəyə xəbərdarlıq edildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
İspaniyada 8 muxtar bölgədə baş verə biləcək daşqınlara qarşı həyəcan təbili çalınıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Meteorologiya İnstitutu (AEMET) məlumat yayıb.
İspaniyada oktyabrın 29-da ölkənin şərq və cənub bölgələrində, xüsusilə də Valensiyada baş verən daşqın fəlakətindən sonra güclü yağış səbəbindən pis hava şəraiti davam edir.
AEMET ölkənin cənubunda Əndəlüs bölgəsindəki Malaqa və şərqdə Kataloniya bölgəsindəki Tarraqona bölgələrinə xüsusi xəbərdarlıq edib və bu yerlərdə qırmızı həyəcan siqnalının verildiyini qeyd edib.
Şimalda Qalisiya, Kantabriya, Kastiliya və Leon və ortada yerləşən Kastiliya-La-Mançada da güclü yağış və fırtına xəbərdarlığı edilib, narıncı həyəcan siqnalı verilib.
Malaqanın çay kənarındakı Quadalhorce şəhərində təxminən 3 min insan ehtiyat tədbiri olaraq evlərindən təxliyə edilib.
Qeyd edək ki, Əndəlus muxtar hökuməti həmçinin 48-i Qranada, 29-u Malaga və 4-ü Almeriya olmaqla 81 bələdiyyədə "Regional Yerli Fövqəladə Hallar Planı”nı aktivləşdirdiyini açıqlayıb.Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















