İspaniyada güclü yağış XƏBƏRDARLIĞI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İspaniyanın 8 muxtar bölgəsində güclü yağış xəbərdarlığı verilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada oktyabrın 29-da ölkənin şərq və cənub bölgələrində, xüsusilə də Valensiyada baş verən daşqın fəlakətindən sonra güclü yağış səbəbindən pis hava şəraiti davam edir.
AEMET ölkənin cənubunda Əndəlüs bölgəsindəki Malaqa və şərqdə Kataloniya bölgəsindəki Tarraqona şəhərlərinə xüsusi xəbərdarlıq edərkən, bu yerlərdə qırmızı həyəcan siqnalının verildiyi qeyd edildi.
Şimalda Qalisiya, Kantabriya, Kastiliya və Leon və ortada yerləşən Kastiliya-La-Mançada da güclü yağış və fırtına xəbərdarlığı edilib, narıncı həyəcan siqnalı verilib.
Bundan əlavə, selin baş verdiyi fəlakət bölgəsi Valensiyada noyabrın 11-də yenidən təhsilə başlayan məktəblər açıldıqdan iki gün sonra bugünkü pis hava şəraiti səbəbindən bir gün müddətinə bağlanıb.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada baş verən daşqın nəticəsində ölənlərin ümumi sayı 222 (Valensiyada 214, Kastiliya-La-Mançada 7 və Əndəlüsdə 1) olub, 32 nəfər itkin düşənlər siyahısındadır.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















