İspaniyada Azərbaycan və Avropa İttifaqı Azərbaycan münasibətlərinə dair konfrans keçirilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Kral Xuan Karlos Universitetinin birgə təşkilatçılığı ilə İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib.
BMTM-dən "Report"a verilən məlumata görə, qurumun şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqazda müasir geosiyasi düzənin tarixi kökləri və Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışıb.
Üçüncü tərəfin regional məsələlərə müdaxiləsinin zərərli təsirlərinə diqqət çəkən Vasif Hüseynov bununla da İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın iqtisadi inkişafı, enerji strategiyaları, xüsusilə yaşıl keçid gündəliyi barədə təqdimatla çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















