İspaniyalı nazirin sözləri İsraili qəzəbləndirdi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İsrail İspaniyanın Gənclər və Uşaq İşləri naziri Sira Reqonun Fələstinlə bağlı açıqlamalarına görə İspaniyanın İsraildəki müvəqqəti işlər vəkili Fransiska Pedronu Xarici İşlər Nazirliyinə çağırıb.
Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi müvəqqəti işlər vəkili Pedrosa İspaniya hökumətinin və Baş nazir Pedro Sançezin mövqeyinə etirazın çatdırıldığını açıqlayıb.
Bildirilib ki, İsrail tərəfi nazir Sira Reqonun “çaydan dənizə qədər Fələstin Dövləti” ifadəsi ilə bağlı açıqlamalarını pisləyib.
İsrail Xarici İşlər Nazirliyinin bəyanatında Reqonun sözlərinin İspaniya hökumətinin və Baş nazir Pedro Sançezin “sistemli İsrail əleyhinə siyasətinin bir hissəsi” olduğu iddia edilib.
Qeyd edək ki, İspaniya Qəzza zolağında İsrailin hərbi əməliyyatlarını, o cümlədən mülki şəxslərin hədəf alındığını bildirərək, İsrail hökumətini sərt şəkildə tənqid edir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Sentyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















