Icma.az
close
up
RU
İspanlar qələbədən doymur

İspanlar qələbədən doymur

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Danimarkanın qonağı olan İspaniya təkcə zədəli Yamalsız yox, həm də təmiz mərkəz hücumçusu olmadan oynadı ki, bu da Luis de la Fuentenin komandaları üçün xarakterik hal deyil.

Millətlər Liqasına təcili baş məşqçi əvəzi təyin olunan Lars Knudsenlə başlayan Danimarka yığmas isə yeni “sükançı”sına qovuşmuşdu. Yığmanı artıq “Brentford”da Tomas Frankın yardımçısı olan, “Anderlext”də müstəqil iş təcrübəsi qazanan 46 yaşlı Brayan Rimer çalışdıracaq.
“Qırmızı qvardiya” yeni baş məşqçinin tələblərini mənimsəməlidisə, “qırmızı furiya” artıq illərdi qitə futbolunda “at oynadır”. “Yalançı 9 nömrə” funksiyasını yerinə yetirən Peres topu qapı çatına vurandan sonra qonaqlar rəqib müdafiəsini məşqdəymiş kimi asanlıqla yarmağa başladı. Kapitan sarğısını qoluna keçirəndən sonra bir qədər də ruhlanan, AÇ-2024-ün qəhrəmanlarından olan Oyarsabal 15-ci dəqiqədə Peresin ötürməsindən sonra topu tora saldı. “Real Sosyedad”ın hücumçusu İspaniya yığmasının başa çatmaqda olan ildəki ən yaxşı snayperidi – 6 qol!
Hədsiz fəal təsir bağışlayan Peres isə 58-ci dəqiqədə, Olmonun ötürməsindən sonra qol istəyinə çatdı. Avropa çempionlarının fonunda çox solğun görünən danimarkalılar isə yalnız İsaksen meydana çıxandan sonra canlandı. “Latsio”nun yarımmüdafiəçisi əvvəlcə topu dirəyə vursa da, sona az qalmış Ruisin qapıçıya ötürməsini ələ keçirib fərqi azaltdı. Sən demə, ispan günəşində də ləkə var. Hər halda, bu səhv İspaniya yığmasının parlaq oyununa kölgə sala bilməz. Qrup liderliyi təmin olunub, üstəlik yeni vunderkind – “Barselona”nın yarımmüdafiəçisi Kasado da milli komandada debüt etdi.
İsveçrə yığmasına qrupda sonuncu pilləni tərk etmək üçün təkcə Serbiyanı məğlub etmək yox, həm də bunu sərfəli hesabla bacarmaq tələb olunurdu ki, şəxsi oyunlarda üstünlük qazansın. Serbiya oktyabrda bu rəqibi 2:0 hesabıyla məğlub etmişdi. Sürixdə keçirilən oyuna meydan sahibləri daha fəal başladı, qonaqlar isə hadisələri qabaqlamaq istəmədi. Amduni ilk yarıda iki dəfə “saatsazlar”ı irəli çıxara bilərdi, ancaq onun bir zərbəsini qapıçı qaytardı, daha bir epizodda isə forvard topu tirə vurdu.
İkinci hissəni qapıçıların hesabına yazmaq lazımdı. Əvvəlcə meydan sahiblərinin kiperi Kobel özünü göstərdi. O, serblərin əsas bombardiri Mitroviçin penalti zərbəsinin qarşısını aldı. “Borussiya”nın qapısıçı küncə tullansa da, mərkəzə vurulan topu ayağı ilə dəf etdi. Kobelin rəqib həmkarı Petroviç daha möhtəşəm seyvlə yadda qaldı: yerdə uzansa da, bəxtsiz Amduninun bir neçə metrdən zərbəsinə reaksiya göstərdi. Hər halda, Amduni 79-cu dəqiqədə fəallığının bəhrəsini gördü: uzaq küncü dəqiq “nişan aldı”.
“Saatsazlar” bu hesabla kifayətlənmədilər, onlara çox vacib olan 2-ci qolu vurmaq üçün irəli atıldılar. Belədə rəqib əks-hücumda uğur qazandı. Vlahoviçin ötürməsindən sonra Terziç hesabı bərabərləşdirdi. Murat Yakının rəhbərlik etdiyi komanda artıq B liqasında mübarizə aparmağa məcburdu. Serbiyanın taleyi isə Danimarka ilə dünənki oyunda bəlli olacaqdı. Qələbə serblərin pley-offa yolunu açacaq, istənilən başqa nəticə pley-offda oynamağa məcbur edəcəkdi.
A liqası, 4-cü qrup
5-ci tur
Danimarka – İspaniya 1:2 (0:1)

Danimarka: Şmeyhel, Kristiansen (Dorqu, 87), Vesterqor, Andersen, Ba, Yulmann, Nerqor (Damsqor, 61), Heybyerq, Eriksen (Skov Olsen, 79), Heylunn (Dolberq, 79), Qrenbek (İsaksen, 61).
İspaniya: Rayya, Kukurelya, Lyaport, Vivian, Porro, Merino (Pedri, 80), Subimendi (Morata, 69), Baena (Ruis, 61), Olmo (Kasado, 69), Oyarsabal, Peres (N.Uilyams, 69).
Qollar: Oyarsabal, 15 (0:1). Peres, 58 (0:2). İsaksen, 84 (1:2).
Vərəqələr: Nerqor, 33. Oyarsabal, 74. Heybyerq, 79. Morata, 90. Andersen, 90. İsaksen, 90+2 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
15 noyabr. Kopenhagen. 36985 tamaşaçı.
İsveçrə - Serbiya 1:1 (0:0)
İsveçrə: Kobel, R.Rodriges (Qarsiya, 89), Amenda, Comərt, Okafor (Kutesa, 65), Caka, Froyler, Fernandes (Mbabu, 83), Rider (Zekiri, 65), Embolo (Monteyro, 65), Amduni.
Serbiya: Petroviç, Babiç (Stoiç, 46), Milenkoviç, Velkoviç, Terziç (Zdelar, 89), Qudel, N.Maksimoviç, Jivkoviç (Nedelkoviç, 78), Samarciç (Topiç, 72), Mitroviç (A.Maksimoviç, 90), Vlahoviç.
Qollar: Amduni, 79 (1:0). Terziç, 88 (1:1).
Mitroviç 55-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Terziç, 25. Caka, 35. Jivkoviç, 51. Embolo, 51. Comərt, 54 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
15 noyabr. Sürix. 21115 tamaşaçı.
6-cı tur
Serbiya – Danimarka 0:0
İspaniya – İsveçrə 3:2
Pino, 32. Xil, 68. Saraqosa, 90+3-p. – Monteyro, 63. Zeçiri, 85-p.
1. İspaniya 6 5 1 0 13-4 16
2. Danimarka 6 2 2 2 7-5 8
3. Serbiya 6 1 3 2 3-6 6
4. İsveçrə 6 0 2 4 6-14 2
Reaksiya
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:

“Xoşbəxtik, ona görə ki, möhtəşəm və gənc komandamız var. Hər mövqedə dörd etibarlı oyunçuya malikəm. Bu məqam bizi sevindirir və rahatlıq yaradır. Komanda istənilən vəziyyətə, hətta ən çətin durumlara da reaksiya verir. Danimarkaya məqsədyönlülük sayəsində qalib gəldik. Komandam qələbə qazanmaqdan doymur və ambisiyasını itirmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri