İspanlar niyə canfəşanlıq edir?
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Avropanın bəzi kütləvi informasiya vasitələrində UEFA-nın 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final matçını “Atletiko”nun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionuna verməsi haqda xəbərlər yayılıb.
Finalın evsahibliyimə digər iddiaçı isə Bakı Olimpiya Stadionudu. Finalı qəbul edəcək stadionun adı hələ mayda açıqlanacaqsa, ispanların indiki canfəşanlığının səbəbi nədi? Ümumiyyətlə, AFFA-da bu mövzuda hansısa informasiya varmı?
Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. O, “biz yalnız UEFA-nın rəsmi qərarından sonra buna münasibət bildirə bilərik” dedi.
Qeyd edək ki, finala hansı arenanın evsahibliyi edəcəyi ilə bağlı qərar mayın 19-da - UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 24 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















