İsrail 22 ildən sonra qərar verdi İordan çayının qərb sahilinə tanklarla giriləcək
Icma.az, Mia.az saytına istinadən bildirir.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatları genişləndirəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən yerli mediaya açıqlama verilib.
Bildirilib ki, 22 ildən sonra İordan çayının qərb sahilindəki Cenin şəhəri və qaçqın düşərgəsinə tanklarla giriləcək.
Məlumatda deyilir ki, ordu bu ərazilərdə fələstinli terrorçuların "yuva" qurduğunu iddia edir.
"Yedioth Ahronot" qəzeti ayzır ki, 22 ildən sonra ilk dəfə İsrail tanklarının bu şəhərə girməsinin səbəbi ciddidir: "Bu şəhərdə İsrailə qarşı böyük təhlükə yaranıb. O təhlükə mütləq aradan götürülməldir".
Xatırladaq ki, yanvarın 19-da Qəzzada atəşkəs əldə olunandan sonra İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinə hücumu artırıb
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Fevral 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















