İsrail aviasiyası Hizbullahın maliyyə obyektlərinə hücum etdi
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah" qruplaşmasının maliyyə obyektlərinə hücum edib. SİA əbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
"İsrail Hərbi Hava Qüvvələri Beyrut, Sidon, Tire və Bekaa ərazilərində Hizbullahın maliyyə idarəçiliyi və sistemlərinin tərkib hissəsi olan doqquz terrorçu hədəfə kəşfiyyat zərbələri endirib", - məlumatda qeyd edilib.
Departamentdən bildirilib ki, hücum əvvəlki hücumların davamıdır. Hədəflər anbar, maliyyə qurumunun filialları və "Hizbullah"ın hərbi fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən valyutadəyişmə məntəqəsi olub.
Xatırladaq ki, İsrail Livanla atəşkəs sazişi imzalayıb. O, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Noyabr 2024 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















