İsrail Boeing ilə müqavilə imzaladı: Yeni nəsil F15 qırıcıları alır
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İsrail "Boeing Co" (BA.N) şirkətindən 25 ədəd yeni nəsil "F-15" qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, 5,2 milyard dollarlıq müqavilə bu ilin əvvəlində ABŞ administrasiyası və Konqresi tərəfindən təsdiqlənmiş ABŞ-nin daha geniş yardım paketinin bir hissəsidir.
Nazirlikdən bildirilib ki, yeni "F-15IA" təyyarələrinin tədarükü 2031-ci ildə başlanacaq və ildə 4-6 təyyarə təhvil veriləcək.
Təyyarə mövcud İsrail silahları ilə inteqrasiya olunmuş silah sistemləri ilə təchiz olunacaq, həmçinin artırılmış uçuş məsafəsi və faydalı yükə malik olacaq.
"Bu üstünlüklər İsrail Hərbi Hava Qüvvələrinə Yaxın Şərqdə mövcud və gələcək məsələlərin öhdəsindən gəlməkdə strateji üstünlüyün qorunub saxlanılmasına imkan verəcək", - deyə nazirliyin bəyanatında qeyd edilib.
"Bu "F-15" eskadrilyası bu ilin əvvəlində alınmış üçüncü "F-35" eskadrilyası ilə birlikdə bizim hava gücümüzün və strateji imkanımızın tarixi yüksəlişini təmsil edir ki, bu imkanlar cari müharibə zamanı həlledicidir", - deyə Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir bildirib.
Zamirin sözlərinə görə, hökumət 7 oktyabr 2023-cü ildə Qəzzada müharibə başlayandan bəri təxminən 40 milyard dollarlıq satınalma müqavilələri bağlayıb.
"Qabaqcıl silahlara və sursatlara olan təcili ehtiyaclara diqqət yetirməklə, biz eyni zamanda uzunmüddətli strateji imkanlara da sərmayə qoyuruq"- deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Noyabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















