Icma.az
close
up
RU
Türkiyəli professor: Trampla Putin arasında gizli razılaşma var

Türkiyəli professor: Trampla Putin arasında gizli razılaşma var

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp hakimiyyətə gələndə Rusiya-Ukrayna müharibəsində dəstəyini daha çox Moskvaya versə də, son günlər bu münasibətdə dəyişiklik nümayiş olunur. Xüsusən də onun rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığından sonra həmkarından narazı qaldığını dilə gətirməsi proseslərin fərqli məcrada irəliləyəcəyini deməyə əsas verir. Bunun fonunda isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya qarşı 18-ci sanksiya paketinin nəzərdən keçirildiyini və bu sanksiyaların Rusiya iqtisadiyyatının birbaşa qəlbinə zərbə vuracağını bəyan edib. Maraqlıdır ki, Tramp və Avropa İttifaqı əvvəllər Rusiyaya münasibətdə fərqli mövqelərdə olsalar da, hazırda eyni mövqeyə daha çox yaxın olduqları müşahidə edilir. Bəs belə olan halda, Rusiyanı gələcəkdə nələr gözləyir? Həmçinin proseslər Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir edə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan türkiyəli politoloq, professor Hüsamettin İnanç bildirib ki, Putin Trampı məyus edib:

"Çünki Tramp ümid edirdi ki, aralarındakı dostluq münasibətləri Trampın tərəflər arasında sülh əldə etməsinə kifayət edəcək. Lakin müharibə davam etdikcə məlum oldu ki, Moskva imperialist maraqlarını davam etdirməkdə israrlıdır. Ona görə də bir müddət əvvəl Vaşinqtonda, Oval ofisdə Zelenskini alçaltmağa çalışan Tramp, indi Putinə təzyiq etməyə çalışır. Çünki Trampın müharibə ilə bağlı iki məqsədi var:

1. Ukraynanın yeraltı və yerüstü sərvətlərini ələ keçirmək,

2. Sülhü bərqərar edərək Nobel Sülh Mükafatı almaq.

Amma Putin onun gözləntilərinə zidd addımlar atdı. Hətta Rusiya lideri iyulun 4-də Luqanskı tam ələ keçirdiklərini, digər ərazilərlə bağlı da ambisiyalarının davam edəcəyini, Krımı isə geri verməyəcəklərini bəyan edib".

Mütəxəssis əlavə edib ki, bu baxımdan, növbəti İstanbul danışıqlarının da nəticəsiz olacağı görünür:

"Çünki Ukrayna və Rusiyanın atəşkəs və sülhlə bağlı təklifləri bir-birinə tamamilə ziddir. Ukrayna öz ərazisində heç bir rus əsgəri istəmir, həmçinin Donetsk və Luqanskın Ukraynada qalmasını, eləcə də Krımı geri tələb edir. Bir sözlə, bütün ərazilər azad edilməlidir. Rusiya isə əksinə olaraq zəbt etdiyi yerlərdən geri çəkilməməkdə israrlıdır. Xüsusən də bu məqamda Trampın son vaxtlar silah-sursat dəstəyini kəsməsi Ukraynanın müharibədəki mövqeyinə təsir edib. Bu da Rusiya lideri Putinin ambisiyalarını daha da artırıb. Hesab edirəm ki, Tramp burada ikili oyun oynayır. Yəni əslində Trampla Putin arasında gizli razılaşma var. Rusiyada hazırda istifadə edilməyən nadir torpaq elementləri var ki, onların bir hissəsinin Amerika ilə ortaq istismar edilməsi belə gündəmdədir. Çünki Trampın sadəcə bir prioriteti var, o da puldur. Bütün müharibələrə yanaşması da bu istiqamətdədir".

"Bu baxımdan, Avropanın Trampın Ukraynaya münasibəti və NATO-da ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə Vaşinqtona inamı itib. Bu da Avropanı öz ordusunu yaratması istiqamətində ciddi addımlar atmağa vadar edib. 850 milyardlıq müdafiə büdcəsi hazırlayan Aİ artıq bundan sonra NATO ilə əlaqələrini də azaldacaq və öz təhlükəsizlik strategiyasını yaradacaq. Bu baxımdan, bu mübarizə uzun müddət davam edəcək və Avropa Trampın qarşısında geri çəkilməyəcək. Bu da Trampı Aİ ilə birgə hərəkət etməyə məcbur edəcək", - deyə professor fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri