Icma.az
close
up
RU
İsrail Fələstin xalqına qarşı soyqırım törədib Human Rights Watch

İsrail Fələstin xalqına qarşı soyqırım törədib Human Rights Watch

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Rusiyanı Ukraynanın dinc əhalisinin qətlində, mülki infrastrukturunu dağıtmaqda, habelə İsraili Fələstin xalqına qarşı soyqırımda ittiham edib.

Moderator.az xəbər verir ki, bu barədə "Human Rights Watch" hüquq- müdafiə təşkilatının 2025-ci il üçün hazırladığı Ümumdünya hesabatında deyilir. Məlumatı "dw.com" nəşri yayıb.

"Rusiya hakimiyyəti fərqli fikirlərə qarşı təzyiqləri gücləndirir..."

Ukraynaya qarşı tammiqyaslı və çoxsaylı qanun pozuntuları ilə aparılan müharibənin üçüncü ilində Kreml ölkə daxilində istənilən müxalif fikri boğmağa yönəlmiş aqressiv siyasətini davam etdirib və gücləndirib.

"Ukraynaya qarşı müharibəni və üzdəniraq "ənənəvi Rusiya dəyərlərini" dəstəkləməyi vətəndaşlardan daha qəti şəkildə tələb edən Kreml həmçinin itaət etməyən hər kəsi cəzalandırmağı asanlaşdırmaq üçün yeni repressiv qanunlar qəbul edib", -  təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.

Hesabatda qeyd olunur ki, Ukraynada Rusiya Silahlı Qüvvələri mülki infrastruktur obyektlərini çeşidsiz bombalayaraq və atəşlərə tutaraq dinc sakinləri öldürür və kütləvi dağıntılar törədir. Ukraynanın enerji sisteminə endirilən zərbələr ölkə üzrə elektrik kəsilmələrinə səbəb olur.

Rusiya hakimiyyəti minlərlə ukraynalı hərbi əsiri və mülki şəxsi xarici dünyadan təcrid edir, onları işgəncələrə məruz qoyur və ya qeyri-insani rəftar göstərir. İşğal olunmuş ərazilərdə Rusiya hökuməti məktəblərdə rus tədris proqramını tətbiq edir, Ukrayna dilindən istifadəyə qadağa qoyur və uşaqları Ukrayna proqramı ilə onlayn təhsil almaqda davam edən valideynlərə təhdidlər yağdırır.

"Human Rights Watch" bildirir ki, "Memorial" hüquq- müdafiə təşkilatının öz siyahısına daxil etdiyi 804 nəfərdən ibarət rusiyalı siyasi məhbusların sayı artmaqda davam edir. Təşkilat həmçinin "xarici agentlər" kimi tanınan şəxslər və təşkilatlara qarşı yönəlmiş yeni qanunları sərt tənqid edib.

"Human Rights Watch" Rusiya hakimiyyətini bütün siyasi məhbusları azad etməyə və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət göstərə biləcəyi bir mühit yaratmağa çağırıb. Hakimiyyət fundamental insan hüquqları ilə uyğun olmayan bütün qanunları, o cümlədən hərbi senzura, "xarici agentlər" və "arzuolunmaz" xarici təşkilatlar haqqında qanunları ləğv etməlidir.

Rusiya hökuməti Ukraynada mülki şəxslərə qarşı çeşidsiz hücumları dayandırmalı, ukraynalı mülki və hərbi əsirlərə qarşı işgəncə və qeyri-insani rəftara son qoymalı, işğalla bağlı beynəlxalq hüquq tələblərinə əməl etməli və hərbi cinayətlərə və beynəlxalq humanitar hüququn digər pozuntularına görə məsuliyyət daşıyan hərbçiləri cəzalandırmalıdır.

"İsraili Fələstin xalqına qarşı soyqırım törədib..." 

Hesabatda deyilir ki, Qəzzanın su təchizatını sistemli şəkildə məhdudlaşdırmaq və məhv etmək kampaniyası soyqırım aktlarına bərabərdir.

Vurğulanır ki, İsrail hakimiyyətinin fəaliyyəti nəticəsində su və elektrik enerjisinin təchizatını bilərəkdən dayandırması, infrastrukturu dağıtması və həyati əhəmiyyətli təchizatın bölüşdürülməsinə mane olması səbəbindən çoxlu sayda körpə, uşaq və böyüklər aclıq, susuzluq və xəstəliklərdən həlak olub.

"Növbəti dövlət siyasəti olaraq bu hərəkətlər genişmiqyaslı və sistematik hücum təşkil edir, bu isə mülki əhaliyə qarşı yönəlib. Beləliklə, İsrail hakimiyyəti bəşəriyyətə qarşı cinayət olan qırğın törədir", - təşkilat bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri