Icma.az
close
up
RU
İsrail Qəzzada Fələstin xalqına qarşı soyqırım törədib Məhəmməd BinSalman

İsrail Qəzzada Fələstin xalqına qarşı soyqırım törədib Məhəmməd BinSalman

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"İsrailə qarşı silah embarqosu tətbiqi edilməli, onunla bütün iqtisadi əlaqələr kəsilməli, bu ölkə beynəlxalq aləmdən təcrid olunmalıdır..."

"Biz İsrailin Fələstin xalqına qarşı soyqırımını və İsrail ordusunun Livanda hərbi əməliyyatlarını qətiyyətlə pisləyirik".

Moderator.az xəbər verir ki, bu barədə Səidiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin-Salman Ər-Riyadda müharibə əleyhinə sammitdə bəyan edib. Məlumatı "vesty.co.il" nəşri yayıb.

Bu tədbir ikinci ildir ki, Səudiyyə Ərəbistanında keçirilir. Bin-Salman həmçinin İrana zərbələri pisləyib və İran İslam Respublikasının ərazi bütövlüyünə riayət edilməsinə çağırış edib. Nəhayət, o, Fələstin dövlətinin yaradılması məqsədilə səyləri birləşdirməyə çağırıb.

Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib. O, yəhudi dövləti və şəxsən baş nazir Binyamin Netanyahunun ünvanına sərt ittihamlar yağdırıb. Onun sözlərinə görə, Netanyahu qəsdən İran və Livana qarşı eskalasiyanı gücləndirir. 

Bundan başqa, o, hesab edir ki, BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Agentliyinin işinə qadağa qoyulması sübut edir ki, İsrail iki xalq üçün iki dövlət yaradılması yollarını məhv etmək istəyir. Ərdoğan əmin olduğunu bildirib ki, İsrail Qəzzada məskən salmaq niyyətindədir.

Türkiyə prezidenti yəhidi dövlətinə qarşı təkcə silah embarqosu tətbiq etməyə deyil, həm də onunla bütün iqtisadi əlaqələri kəsməyə çağırış edib. O, əlavə edib ki, İsrail beynəlxalq aləmdən tamamilə təcrid edilməlidir. 

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas öz çıxışında bir neçə çağırış edib. O, qeyd edib ki, İsrailin Qəzza bölgəsi və İordan çayının Qərb sahilinin ayrılması ilə bağlı bütün planları rədd edilməlidir.

Bundan başqa, o, məskunlaşma terroruna son qomağa çağırış edib. Mahmud Abbas ölkələrdən BMT Beynəlxalq Məhkəməsinin İudeya və Samariyada İsrailin işğalına son qoyulması haqqında tövsiyələrinin gerçəkləşdirilməsini xahiş edib.

O, geniş beynəlxalq koalisiya olmadan Fələstin dövlətinin yaradılmasının mümkün olmayacağını vurğulayıb. Sonda Abbas məlumat verib ki, Fələstin Muxtariyyəti Qəzzada idarəetmə mexanizmləri yaradır.

Livanın baş naziri Nəcib Mikati öz çıxışında Livanın İsrail təcavüzü nəticəsində

yaşadığı tarixi fəlakətdən şikayətlənib və ölkələrə müraciət edərək Livana dərhal humanitar yardım göndərilməsinə çağırış edib. O, həmçinin Livan hökumətinin BMT-nin 1701 saylı qətmanəsini tam həcmdə icra etməyə hazır olduğuna əmin edib. 

İordaniya kralı II Abdulla və Misir prezidenti Əbdül Fəttah əs-Sisi də sammitdə çıxış edib. Onlar regionda vəziyyəti, Qəzza və Livanda atəşkəsə nail olunmasında iki ölkənin səylərini müzakirə edib. Liderlər xəbərdarlıq edib ki, eskalasiyanın artması regionu uçurumun kənarına sürükləyir.

Misir prezidenti bəyan edib: "İsrailin Qəzza, İordan çayının Qərb sahili və Livana qarşı təcavüzü artıq bir ildən artıqdır ki, davam edir. Biz Qəzza bölgəsində vətəndaşların kütləvi qətllərini pisləyirik.

Region yolayrıcındadır. Təhlükəsizlik üçün şərtlər 1967-ci il sərhədlərində  Fələstin dövlətinin yaradılmasıdır. Biz Fələstin məsələsinin gündəlikdən çıxarmaq məqsədini daşıyan istənilən planların əleyhinə çıxacağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri