İsrail HƏMAS liderinin qardaşı oğlunu da öldürdü
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusu Qəzza zolağında HƏMAS Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu Valid Haniyəni öldürüb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Valid Haniyə HƏMAS-ın hərbi qanadının "Nuxba" bölüyündə komandir müavini olub və 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən hücumda iştirak edib.
Bildirilib ki, o, son dövrlərdə HƏMAS sıralarına yeni üzvlərin cəlb edilməsi və tabeliyində olan bölüyün hərbi hazırlığı ilə məşğul olub.
Qeyd edək ki, İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülmüşdü.
Baxış sayı:150
Bu xəbər 28 İyun 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















